Siyasət

  • 6 896

Bu gün erməni terroru dövlət səviyyəsində dəstəklənir - ŞƏRH ÖZƏL

image

"Ermənistan riyakar, terrorçu, aqressiv ölkə mahiyyətini yenidən tam şəkildə ortaya qoydu. Atəşkəs elan olundu, lakin bu atəşkəsə erməni tərəfi nə qədər əməl edir? Ümumiyyətlə dünya birliyində bir inam, ümid yaranmışdı ki, nəhayət 30 ilə yaxındır davam edən, getdikcə daha kəskin fazaya daxil olan Dağlıq Qarabağ münaqişəsinin həllində sülh diplomatiyası effektiv bir nəticə göstərəcək". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Sevil Mikayılova deyib.O, söyləyib ki, Ermənistanın mülki əhaliyə hücumlarından sonra Moskvanın Xarici İşlər Nazirliyi həm Azərbaycanın, həm də Ermənistanın Xarici İşlər nazirlərini Moskvaya dəvət etdi və 11 saatlıq gərgin danışıqlar keçdi: "Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün Ermənistanın nəhayət BMT-nin 4 qətnaməsini yerinə yetirməsini gözləyirdi. Uzun sürən gərgin danışıqlardan sonra humanitar atəşkəs əldə edildi. Humanitar məqsədlər üçün əldə olunmuş atəşkəsə belə Ermənistan tərəfi nəyinki riayət etmədi, hətta bütün dünyanın gözü qarşısında Dağlıq Qarabağ münaqişə zonasına daxil olmayan və oradan kilometrlərlə uzaqda yerləşən Gəncə şəhərini atəşə tutdular".Deputat bildirib ki, nəticə hər kəsin gözü qarşısındadır: "Erməni terroru nəticəsində 10 nəfər mülki şəxs qətlə yetirilib, 44 nəfərə yaxın uşaq, qadın və yaşlılar da müxtəlif dərəcədə xəsarətlər alaraq yaralnıblar. Bundan sonra dünya ictimaiyyəti Ermənistana etimad edə bilərmi? Atəşkəs saatının başlamasından etibarən erməni tərəfi dayanmadan mülki əhaliyə qarşı öz silahlarını tuşladılar. Burada ümumiyyətlə atəşkəsdən söhbət gedə bilməz, atəşkəs təktərəfli olmur. Bütün bunların fonunda rahatlıqla demək olar ki, Ermənistan sülh ölkəsi deyil. Ermənistanı sülh danışıqları masası arxasında oturtmağın heç bir mənası yoxdur. Çünki Paşinyan rejiminin rəhbərlik etdiyi bugünkü Ermənistan bir daha terrorçu mahiyyətini açıqca göstərib".S.Mikayılova vurğulayıb ki, Ermənistan prezidenti Armen Sarqsyan "Əl Cəzirə" kanalına verdiyi müsahibəsində açıq-aşkar bütün dünya ermənilərini Dağlıq Qarabağa dəvət edir və “Dağlıq Qarabağın azadlığı uğrunda mübarizə”yə səsləyirdi: "Bu o deməkdir ki, bu gün erməni terroru dövlət səviyyəsində dəstəklənir. Bütün bunlardan başa düşülür ki, məqsəd Cənubi Qafqazda terror mərkəzi yaratmaq və münaqişə ocağını aktiv saxlamaqla qonşu ölkələrə real təhlükə yaratmaqdır. Dünya birliyi Ermənistanı təkcə Azərbaycana təhdid mənbəyi kimi yox, bütün regiona təhdid mənbəyi kimi baxmalıdır. Çünki Gəncə hadisələri bir daha göstərdi ki, Ermənistan terrorçu əməllərindən əl çəkməyəcək. Terror nə millət, nə din, nə irq tanıyır. Terrorun hədəfi hər bir ölkə ola bilər. Düşünürəm ki, bunu 11 sentyabrdan sonra yaradılmış Anti-Koalisiya birliyi və buraya daxil olan ölkələr də Ermənistanın bu terrorçu mahiyyətini nəzərdən qaçırmamalıdırlar.

yap.org.az

Digər xəbərlər