Siyasət

  • 5 390

"Koronavirusla fəal mübarizə cəbhəyə, əsgərlərimizə və haqq işimizə ən böyük yardım və dəstəkdir" MÜNASİBƏT

image

“Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında artım müşahidə edilir, yoluxma və sağalma halları arasında əldə olunmuş müsbət dinamika dəyişir, sanitar-epidemoloji durum pisləşir. Ötən günün statistikasına əsasən, koronavirus infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb. Bu, həyəcan təbilidir, ciddi təhlükədir”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.Sədaqət Vəliyeva bildirib ki, koronavirusla mübarizədə son vaxtlar əldə olunan uğurlar cəmiyyətdə vaxtından əvvəl arxayınlıq yaradıb: “Sosial məsafənin gözlənilməməsi, maskadan və dezinfeksiya vasitələrindən istifadə edilməməsi halları kütləviləşib, ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda ciddi pozuntu halları artıq insanları narahat etmir. Xüsusilə də, Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlikə olan koronavirus pandemiyasını unutdurub və arxa plana keçirib”.“Heç kəs unutmasın ki, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, hərbçilərimiz sıravi vətəndaşlarla bu və ya digər səbəbdən təmasda olur və bu prizmadan hər bir koronavirus xəstəsi bu virusu cəbhəyə ötürə, hərbçilərimiz arasında xəstəliyin yayılmasına səbəb ola, özü də bilmədən Ordumuzun ardıcıl uğurlarına ciddi zərbə vura bilər: “Buna görə də hər kəs üzərində düşən məsuliyyəti dərk etməlidir. İndiki müharibə vəziyyətində koronavirusla mübarizə, əhalinin sağlamlığının qorunması həm də güclü əsgər, güclü vətəndaş deməkdir. Bu gün Orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əskər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir. Məhz, koronavirusla fəal mübarizə cəbhəyə, əskərlərimizə və haqq işimizə ən böyük yardım və dəstəkdir”.Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, hərbçilərimiz Vətən uğrunda mətinlik, güclü iradə və əzm nümayiş etdirir, ən azı onların sağlamlığı naminə sadə qaydalara əməl etmək heç kim üçün çətin olmamalıdır: “İndi cəmiyyət olaraq qarşımızda duran əsas vəzifə xüsusi karantin rejiminin qaydalarına riayət etmək, maska taxmaq, şəxsi gigiyenanı gözləməlidir. Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir”.

sia.az

Digər xəbərlər