PDF Oxu

Siyasət

  • 9 497

“Son 17 ildə Azərbaycan iqtisadiyyatı ciddi əsaslarla inkişaf edib” Məşhur Məmmədov

“Son 17 ildə Azərbaycan iqtisadiyyatı ciddi əsaslarla inkişaf edib” Məşhur Məmmədov

“Hər bir xalqın dünyada tanınmasında, uğurlar əldə etməsində və təbii ki, dünyada cərəyan edən qlobal proseslərin öndə gedənlərinə çevrilməsində liderlərin xüsusi əhəmiyyəti mövcuddur. Liderlik amili elə bir şəxsiyyətlərə aid olunur ki, onlar xalqın və dövlətin maraqlarını müdafiə etməklə yanaşı, həm də inkişaf etdirir. Məhz bu kimi önəmli faktorun təhlilini apararkən, Azərbaycanın bu siyahıda birinci olması şəksizdir. Çünki Azərbaycanın inkişaf və tərəqqi, eləcə də, xalqın rifahı faktorunda Azərbaycan Prezidenti İlham Əliyev Liderliyi amili mövcuddur”. Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov “SƏS” qəzetinə açıqlamasında deyib.M.Məmmədov bildirib ki, artıq son 17 ildə Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək, uğurla reallaşdırması nəticəsində, perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasında öz uğurlu sözünü deyir: «Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar müasir Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini kifayət qədər artırmış olub”."Prezident İlham Əliyev dediyi “Əldə edilmiş uğurların dünyada bərabəri yoxdur" fikri, bu gün həqiqətən də ölkəmizdə İkinci Vətən müharibəsi getdiyi bir zamanda görünməkdədir”,- deyən millət vəkili onu da vurğulayıb ki, Azərbaycan son 17 il ərzində Prezident İlham Əliyevin düşünülmüş siyasəti sayəsində inkişaf edərək güclü dövlətə çevrilib: “Bu faktoru beynəlxalq təşkilatlar da Azərbaycanın inkişaf edən və güclənən bir ölkə olmasını öz hesabatlarında qeyd ediblər və xalqımız da ölkəmizin inkişafını öz gündəlik həyatında hiss edib. Xüsusilə, mənfur terrorçu Ermənistan sentyabrın 27-də İkinci Vətən müharibəsi başlayan gündən bütün dünya bir daha şahidi oldu ki, Azərbaycan həqiqətən də güclü dövlətdir və bunu işğalçı, faşist xislətli düşmən dövlət də bir daha gördü. Bu gün bir-birinin ardınca işğal olunmuş torpaqlarımızın azad olunması, məhz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu nəticəsində dünyanın ən güclü 50 ordusundan birinə çevrilməsidir ki, Müzəffər Azərbaycan Ordusu və rəşadətli əsgərlərimiz bu gün döyüş meydanında öz sözünü deyir və işğalçılıq siyasətindən əl çəkmək istəməyən Ermənistan öz layiqli cavabını alır. Çünki Azərbaycan haqq və ədaləti, beynəlxalq hüquq müstəvisində öz ərazi bütövlüyünün bərpa olunması yolunda mübarizəsini aparırı. Həmçinin, Azərbaycan dünya ictimaiyyətinin əleyhinə olduğu terrorçuluğa qarşı antiterror əməliyyatları həyata keçirir”.M.Məmmədov bildirib ki, iqtisadçıların apardıqları hesablamalara əsasən hərbi əməliyyatlar başladığı gündən bu günə qədər Ermənistan 2,7 milyard dollardan çox itki verib, bundan əlavə onların minlərlə canlı qüvvəsi məhv edilib: “Bütün bunlar bir daha göstərirki, işğalçı Ermənistan bütün sahələrdə çox ağır durumdadır. Onsuz da bütün sahələr üzərə ağır durumda idi. Çünki bu təcavüzkar ölkəyə rəhbərlik edənlər quldur, oğru, cinayatkar olublar. Bu gün küçə “demokratı” Nikol Paşinyan kimi savadsız, mənəviyyatsız və hər bir sahədə savadsız faşist xislətli qaniçənin rəhbərin ölkəsi ağır durumda da olmalıdır. Bu o Paşinyandır ki, qeyri-qanuni yollarla muzdlu terrorçuları Qarabağa döyüş bölgəsinə cəlb etmək, cinayət törədərək həbs olunmuş cinayətkar Ermənistan vətəndaşlarının döyüşmək müqabilində dustaqxanalardan azad edilməsi, ən əsası da cəbhədən 100 kilometr və daha uzaqda yerləşən Azərbaycan ərazilərinə qadağan edilmiş raketlər ataraq günahsız insanları, uşaqları, qocaları öz evlərində qətlə yetirən Paşinyan kimi əxlaqsız, cinayətkar bu cinayətləri qarşısında cavab verəcəkdir. Faşist xislətli düşmən döyüş meydanında Azərbaycan Ordusuna məğlub olduğu üçün hərbi cinayətlərə əl ataraq gecə öz evində yatan mülki insanlara güc göstərmək istəyir. Ancaq Ermənistan rəhbərliyi unudur ki, bu çoxsaylı cinayətlərə görə cavab verəcək. Və onu da bilir və kor olan gözləri də görür ki, qətlə yetirilən günahsız Azərbaycan vətəndaşlarının, döyüş meydanında şəhid olan hərbçilərimizin qisası alınır və onların qanı yerdə qalmır, qalmayacaq da. Və onu da bilir ki, artıq uduzublar!. Çox yaxın zamanda Azərbaycan Prezidenti, Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu və igid əsgərlərimizin şücəati ilə üçrəngli bayrağımızı bütün işğal altında olan torpaqlarımız azad ediləcək, üç rəngli Bayrağımız Qarabağımızın hər bir guşəsində dalğalanacaq. Bütün dünya ölkələri, hətta bunu qəbul etmək istəməyən Ermənistan da bilir ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır! Yaxın günlərdə növbəti Qələbə Sorağı ilə Tanrı Ali Baş Komandanımızın, Güclü Ordumuzun, rəşadətli əsgərlərimizin dayağı olsun!”.

sia.az

Digər xəbərlər