PDF Oxu

Siyasət

  • 7 149

Reallıq: "Azərbaycan diqtə edən, Ermənistan isə icra edən tərəf" - ŞƏRH ÖZƏL

Reallıq: "Azərbaycan diqtə edən, Ermənistan isə icra edən tərəf" - ŞƏRH ÖZƏL

"Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı imzalanan bəyannamə hər şeydən əvvəl nəinki bu dövlətlər, eyni zamanda region üçün tarixi əhəmiyyətli bir sənəddir. Sənəd münaqişənin hərbi fazasının bitməsi və sülh yolu ilə işğal altında olan digər ərazilərimizin Azərbaycana qaytarılmasını özündə ehtiva edir. Sənəd 9 bənddən ibarətdir və bütün maddələr Azərbaycanın milli maraqlarına uyğun olmaqla yanaşı, eyni zamanda Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərin qəbul edilməsidir. Əvvəla cənab Prezident deyirdi ki, Ermənistanın baş naziri öhdəlik götürsün və qrafik əsasında torpaqlarımızın işğaldan azad olunmasına imza atsın. Burada həmin qrafik öz əksini tapıb". SİA xəbər verir ki, bunu açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.Politoloqun sözlərinə görə, digər önəmli məqamlardan biri odur ki, Naxçıvanın blokadasına son qoyulur: "Burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Bu bəndin də olduqca xüsusi əhəmiyyəti var, çünki bu bənd cənab Prezidentin təkidi ilə bəyanata salındı. Bunun özü Azərbaycan dövlətinin və bilavasitə cənab Prezidentin qətiyyətinin və siyasi çəkisinin sübutudur. Eyni zamanda sənəddə önəmli məsələlərdən biri odur ki, ilk dəfə olaraq tənzimlənmə prosesində Türkiyənin iştirakı reallaşır və Türkiyə sülhməramlıları Rusiya sülhməramlıları ilə birgə fəaliyyət göstərəcək. Ölkə başçımız hər zaman münaqişənin həlli prosesində Türkiyənin də iştirak etməli olduğunu bəyan edirdi. Türkiyə atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında da fəal yer alacaqdır. Türkiyə hərbçilərinin prosesdə iştirakı isə ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaqdır".Ekspert bildirib ki, ümumilikdə, sənəddə bizim üçün ən fundamental məsələlər öz əksini tapıb Sənəddə heç bir halda Dağlıq Qarabağa status verilməsi haqqında bir kəlmə də söhbət yoxdur: "Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, qan tökmədən Laçın, Kəlbəcər və Ağdamın yerdə qalan hissəsi Azərbaycana qaytarılacaq və orada bir nəfər də erməni əsgəri qalmayacaq, yəni işğalçı ordunun Azərbaycan ərazisində mövcudluğuna son qoyulur. Tarixi qələbədir, Azərbaycanın hərb və siyasi tarixinin ən böyük uğurudur. Bu qalibiyyətə yol açan məqam məqam isə Şuşanın azad olunmasıdır. Şuşanın azadlığı bu tarixi nailiyyətin baş tutması üçün unikal imkanlar yaratdı".Ş.Həsənova vurğulayıb ki, bu möhtəşəm qələbənin memarı cənab Prezident İlham Əliyevdir, müzəffər Azərbaycan ordusudur, Azərbaycan xalqıdır: "Eşq olsun bu vəhdətə. Bu qələbə qələbələrin ən gözəlidir, ən şanlısıdır. Bu qələbə bizim birliyimizin qələbəsidir. Bu qələbə bizim məbədimizdir, səcdəmizdir. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındıran, xalqın inamını özünə qaytaran qələbədir. İndi bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq, bu məğrur xalq gec-tez öz məqsədinə çatacaq. Bunun isə tək və yalnız bir səbəbi var. O da İlham Heydər oğlu Əliyevdir. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir".

sia.az

Digər xəbərlər