Siyasət

  • 4 412

Prezidentin bərpa siyasətinin uğur qazanmasına hər bir vətəndaşın şərəf işi kimi baxılmalıdır - Aydın Quliyev yazır

image

Qarabağ Dirçəliş Fondunun təsis edilməsi Dağlıq və Düzən Qarabağ bölgələrinə yönəlik dövlət siyasətimizin yeni strategiyası kimi dəyərləndirilə bilər.Bu ərazilərlə bağlı Azərbaycanın dövlət strategiyası dərinləşir və inkişaf edərək yeni məzmun alır. 10 noyabr 2020-ci ilə qədər Azərbaycanın düzən və Dağlıq Qarabağ bölgələri ilə bağlı əsas strategiyası ərazilərimizdə Ermənistanın işğal faktına son qoymaq idi və bu vəzifənin uğurla icrası yeni dövlət strategiyasınin hazırlanmasını zəruri etdi. Qarabağ Dirçəliş Fondu bu yeni strategiyanın əsas təzahürüdür.Dirçəliş Fondunun yaradılması bir daha göstərir ki, Azərbaycan dövlətinin və Prezidentin məqsədi təkcə ərazilərimizin erməni işğal əsarətindən qurtulması deyildi. Eyni zamanda, azad edilmiş ərazilərin hərtərəfli bərpa edilərək Azərbaycanın sabit inkişaf edən böyük hissəsi ilə bərabərləşdirilməsi və ölkənin sosial-iqtisadi sisteminə daxil edilməsi də əsas hədəflərimizdən biridir. 10 noyabra qədər torpaqlarımız Ermənistanın işğal əsarətindən azad olundusa, bərpa strategiyası sayəsində həmin ərazilərimiz dağıntıların, "öldürülmüş həyat " simptomlarının əsarətindən azad ediləcək.Dirçəliş Fondu Azərbaycan dövlətinin azad edilmiş rayonlarımızla bağlı dəqiq və sistemli siyasət kursuna malik olduğunu təsdiqləyir. Azad edilmiş bölgələrdə Azərbaycan dövləti adından suveren hakimiyyətin bütün funksiyalarını həyata keçirən orqan və strukturların yaradılması prosesi dərhal başladı və bu gün, demək olar ki, bu vacib dövlətçilik işi tam icra edilmiş sayıla bilər. Bir vaxtlar pozulmuş dövlət sərhədlərinin ən yaxın əhatəsində polis, prokurorluq, təhlükəsizlik və sosial-iqtisadi xidmət strukturlarının yaradılması, daxili təyinatla bərabər, həm də müstəsna beynəlxalq strateji əhəmiyyətə malikdir. Ərazilərimizdə süveren dövlətçiliyimizin bərpası elə sistem və sürətlə aparılır ki, dünyada heç kim Azərbaycanın buna illər öncə xüsusi proqram əsasında hazırlaşdığına şübhə etmir. Dünya görür ki, azad edilmiş ərazilərimizdə qısa zamanda görülən işlər üç günlük, beş günlük qərar yox, illərlə gedən planauyğun hazırlıq işlərinin məntiqi nəticəsidir.44 günlük müharibə dövründə bütün ölkənin diqqəti bəlli istiqamətə yönəldiyi kimi, Dirçəliş Fondu da ərazilərimizin bərpasını eyni vüsətlə daxili bə beynəlxalq rəyin diqqət mərkəzinə çevirə bilər. Bu mənada, Qarabağ Dirçəliş Fondunun rəhbərliyinin və Müşahidə Şurasının həm də tarixi bir məsuliyyət altında olduğunu görmək lazımdır. Fondun əsas səmərəlilik göstəricisi hər bir vətəndaşın və qurumun ərazilərimizin bərpasına mümkün qatqısını və töhfəsini təmin etməkdən ibarət olacaq. Fond eyni vaxtda həm ərazilərimizin bərpasında beynəlxalq strukturların iştirakını təşviq etmək, həm də görülən bərpa işlərini dünyaya tanıtmaq kimi tarixi əhəmiyyətli işi görəcək. Bu mənada, Prezidentin bərpa siyasətinin və Qarabağ Dirçəliş Fondunun uğur qazanmasına həm də bütün Azərbaycan vətəndaşları üçün şərəf məsələsi kimi baxılmalıdır. Dünya görməlidir ki, ərazilərimiz xalqımızın fəal dəstəyi ilə azad olunduğu kimi, xalqın birgə dəstəyi ilə də bərpa olunur.Dirçəliş Fondu ərazilərimizin mümkün olan ən optimal müddətlərdə bərpa siyasətinin təzahürüdür. Bu torpaqlarda mənfur erməni ləkələrini təmizləməyin ən qısa yolu azərbaycanlıların layiqli və hər bir talançı erməninin həsəd aparacağı səviyyədə məskunlaşmasını təmin etməkdir.Qarabağ Dirçəliş Fondu ilə dünyaya nümayiş etdirəcəyik ki, torpaqlarımızı şərəflə azad etdiyimiz kimi, ləyaqətlə məskunlaşdırmağı da bacarırıq.

sia.az

Digər xəbərlər