Siyasət

  • 3 106

“Onlayn medianın təkmilləşdirilməsinə ciddi ehtiyac var” ÖZƏL-MÜNASİBƏT

image

"Prezident İlham Əliyevin müvafiq fərmanı ilə 10 ildən artıq fəaliyyət göstərən KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında daha geniş səlahiyyət və imkanlara malik Medianın İnkişafı Agentliyinin yaradılması dövlətimizin mətbuat sahəsinə diqqətinin növbəti əyani təzahürüdür. Agentliyin nizamnaməsində əksini tapan müddəaları mediamızın qarşıdakı illərdə yeni "yol xəritəsi" də adlandıra bilərik". Bunu SİA-ya açıqlamasında “Həftə İçi" qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.Onun sözlərinə görə, agentliyin fəaliyyət istiqamətləri ilə bağlı print media üçün diqqət çəkən ən vacib məqamlardan biri abunə və satışın təşkilində dəstək məsələsidir: "Hazırda çap mediasının üzləşdiyi əsas problemlər sırasında abunə və satış mühüm yer tutur. Artıq dövlət başçısının təsdiqlədiyi fərmana əsasən bir çox məsələlərlə yanaşı, bu problemlərin həlli istiqamətində də MEDİA öz dəstəyini göstərəcək. Mətbuatın iqtisadi müstəqilliyinin təmininin təşkili də diqqətəlayiqdir. Yeni yaradılan qurumun həm də onlayn mediaya dəstək verməsinin nəzərdə tutulması bu sahədə mövcud çatışmazlıq və problemlərin həllində də mühüm rol oynayacaq. Hazırda çap mediasının onlayn formatlarının fəaliyyətinin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Müasir terndlərin tətbiqi ilə mətbuat orqanının həm print, həm də onlayn versiyasının qarşılıqlı fəaliyyətdə inkişafı, yeni yanaşmaların tətbiqi, modern innovasiyalardan geniş istifadə imkanlarının yaradılması media sahəsinin yeni inkişaf mərhələsinə qalxmasına təkan verəcək. Medianın İnkişafı Agentliyinin yaradılması ilə bütün bu işlər artıq xaotik deyil, nizamlı və planlı şəkildə müəyyənləşdirilmiş konkret məqsədə doğru addımlamaqla həyata keçiriləcək".

sia.az

Digər xəbərlər