PDF Oxu

Siyasət

  • 1 181

Ceyhun Bayramov çinli həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib

image

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın sədrliyi ilə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yeddinci Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana işgüzar səfərə gəlmiş Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşüb.SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Qeyd olunub ki, nazirlər ölkələrimizin liderləri arasında yüksək səviyyəli siyasi dialoqun, qarşılıqlı etimadın və dostluğun münasibətlərimizin daha da inkişaf etdirilməsində əsas hərəkətverici qüvvə olduğunu vurğulayıblar.Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində əldə olunmuş razılaşmaların müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişlənməsinə müstəsna imkanlar yaratdığı diqqətə çatdırılıb. 2025-ci ildə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının əlaqələrin yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verdiyi qeyd olunub. Eyni zamanda 2027-ci ildə Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı vurğulanaraq, bu yubileyin ikitərəfli əlaqələrin daha da inkişafına təkan verəcəyi bildirilib.Görüş zamanı ticarət, nəqliyyat, investisiya, yaşıl enerji, rəqəmsal transformasiya, maşınqayırma, sənaye, kənd təsərrüfatı, elm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensial yüksək qiymətləndirilib.Azərbaycan ilə Çin arasında iqtisadi və ticarət əlaqələrinin dinamik şəkildə inkişaf etdiyi qeyd olunub. 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsinin təxminən 5 milyard ABŞ dolları təşkil etdiyi, Azərbaycanda Çinin 567 şirkətinin qeydiyyatdan keçdiyi bildirilib. Azərbaycan–Çin ticarət və iqtisadi əməkdaşlığının əsas institusional mexanizmi okan Hökumətlərarası Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Komissiyanın əhəmiyyəti vurğulanıb.Görüşdə Orta Dəhlizin inkişafı çərçivəsində həyata keçirilən birgə layihələrin strateji əhəmiyyəti xüsusi qeyd olunub. Azərbaycanın Çin Xalq Respublikasının irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünü Avrasiya məkanında nəqliyyat bağlantılarının gücləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm platforma kimi dəstəklədiyi xatırlanıb. Ötən ilin iyul ayında qüvvəyə minmiş viza tələbinin qarşılıqlı aradan qaldırılmasına dair sazişin turizm, biznes və insanlar arasında təmasların artmasına verdiyi müsbət töhfə diqqətə çatdırılıb.Beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunaraq, BMT, AQEM, Şanxanşy Əməkdaşlıq Təşkilatı, BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP), COP və digər platformalarda birgə fəaliyyət nəzərdən keçirilib. Azərbaycanın Qlobal Cənubun fəal və məsuliyyətli iştirakçısı kimi beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, çoxtərəfli diplomatiyanın təşviqinə, inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsinə və qlobal çağırışların həllində həmrəyliyin möhkəmləndirilməsinə töhfə verdiyi vurğulanıb.Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regionda yaranmış yeni reallıqlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, habelə Azərbaycan-Ermənistan sülh və normallaşma prosesi barədə həmkarına məlumat verib.Sonda qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər