PDF Oxu

Siyasət

  • 581

YAP Nərimanov rayon təşkilatı tərəfindən növbət ƏPT-də VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

image

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı tərəfindən “A.Heydərov küçəsi 118” ünvanı üzrə Ərazi Partioya Təşkilatında Prezident, YAP-ın sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərə həsr olunmuş növbəti görüş keçirilib.

Görüşdə ölkəmizin davamlı inkişafının təmin edilməsi, iqtisadi və siyasi müstəqilliyimizin möhkəmləndirilməsi, milli maraqların qorunması və ideoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətində qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
Çıxış YAP Nərimanov rayon təşkilatının əməkdaşı Sərtac Atlas partiya üzvlərinin cəmiyyətlə fəal ünsiyyət qurmasının, dövlətimizin əldə etdiyi nailiyyətlərin düzgün təbliğinin və gənclərin milli dəyərlər ruhunda tərbiyəsinin əhəmiyyətini vurğulayıb. Həmçinin, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin reallaşdırılmasında partiya üzvlərinin fəallığının artırılmasının və birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Digər xəbərlər