YAP Tərtər rayon təşkilatı Söylən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Azər Ağayev, ərazi partiya təşkilatının üzvləri və iştirak ediblər.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Azər Ağayev iştirakçıları salamlayaraq Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin ölkəmizin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi, milli birliyin möhkəmləndirilməsi və dövlətçilik ənənələrinin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Azər Ağayev çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər, ərazi bütövlüyünün və suverenliyin bərpası xalqımızın birliyinin, milli həmrəyliyinin və ardıcıl dövlət siyasətinin nəticəsidir.
Qeyd edib ki, ki, VIII Qurultayda səsləndirilən fikirlər və qarşıya qoyulan vəzifələr partiya təşkilatlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulmasını, əhali ilə əlaqələrin gücləndirilməsini və ideoloji işin daha səmərəli təşkilini zəruri edir. Bu baxımdan ərazi partiya təşkilatlarının üzərinə mühüm vəzifələr düşür. Partiya üzvləri dövlətçilik prinsiplərinin, milli-mənəvi dəyərlərin və vətənpərvərlik ideyalarının təbliğində fəallıq göstərməli, gənc nəslin milli ruhda tərbiyəsinə öz töhfələrini verməlidirlər.
Tədbirdə çıxış edən ərazi partiya təşkilatının üzvləri Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf prioritetlərinin həyata keçirilməsində partiya fəallarının rolundan bəhs ediblər. Çıxışlarda əhali arasında maarifləndirmə işinin genişləndirilməsi, gənclərin dövlətçilik ideyalarına bağlılığının artırılması, milli-mənəvi dəyərlərin qorunması və ictimai fəallığın gücləndirilməsi məsələləri ön plana çəkilib. Qeyd ediblər ki, partiya təşkilatlarının fəaliyyətində mütəmadi görüşlərin keçirilməsi, vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması və ictimai əhəmiyyətli məsələlərin müzakirəsi vacib istiqamətlərdəndir. Eyni zamanda, Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün hər bir partiya üzvünün öz fəaliyyətində məsuliyyət və təşəbbüskarlıq nümayiş etdirməsinin əhəmiyyəti vurğulanıb.
Sonda qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, Söylən ərazi partiya təşkilatının fəaliyyətinin daha da gücləndirilməsi, partiya üzvləri arasında əlaqələrin möhkəmləndirilməsi və maarifləndirmə tədbirlərinin davam etdirilməsi ilə bağlı müvafiq məsələlər diqqətə çatdırılıb.