PDF Oxu

Siyasət

  • 421

YAP Tərtər rayon təşkilatının Buruc ərazi partiya təşkilatında tədbir keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının Buruc ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin ölkəmizin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, milli maraqların qorunması və dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və Azərbaycan bütün sahələrdə mühüm nailiyyətlər əldə edir. Azər Ağayev çıxışında Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasının ölkəmizin tarixində yeni inkişaf mərhələsinin əsasını qoyduğunu vurğulayıb. Bildirib ki, əldə olunan tarixi nailiyyətlərin qorunması, Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi və qarşıya qoyulan strateji hədəflərin reallaşdırılması hər bir vətəndaşdan yüksək məsuliyyət və fəallıq tələb edir.
Tədbirdə çıxış edən digər iştirakçılar Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqində müəyyənləşdirilən prioritetlərin ölkəmizin davamlı inkişafına, milli birliyin möhkəmləndirilməsinə və əldə olunan nailiyyətlərin qorunmasına xidmət etdiyini bildiriblər. Çıxışlarda Azərbaycançılıq ideologiyasının təbliği, dövlətçilik ənənələrinin yaşadılması və partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılmasının vacibliyi vurğulanıb.
Görüş zamanı qurultayda qarşıya qoyulan vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, ideoloji təhlükəsizliyin təmin olunması, informasiya təxribatlarına qarşı maarifləndirmə işlərinin aparılması və dövlət siyasətinin mahiyyətinin vətəndaşlara düzgün çatdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər