Siyasət

  • 3 169

“Bir Millət Altı Dövlət” konsepsiyasının reallaşması üçün ciddi addımlar atılmalıdır - ŞƏRH ÖZƏL

image

“Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan "Bir Millət İki Dövlət" konsepsiyası özünü bütün mənalarda doğrultdu və dünyaya bir nümunə oldu. Ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən bu ənənə bu gün çox yüksək səviyyədə davam etdirilməkdədir. İqtisadi, siyasi və mədəni əlaqələr getdikcə inkişaf edir. Yüksək səviyyədə davam edən Türkiyə - Azərbaycan dostluğu və qardaşlığı sözün həqiqi mənasında “Bir Millət İki Dövlət" anlayışının fəlsəfəsini və reallığını təkcə sözdə deyil, həm də əməldə təsdiqini tapıb. Bununla bağlı çox saylı nümunələr göstərmək olar. Artıq bizim, Azərbaycan türkləri üçün Türkiyə bir Vətəndir, Azərbaycan da eyni zamanda Anadolu türkləri üçün bir vətəndir. Bu iki tarixi türk torpaqları bu gün bütün mənalarda çulğalaşıb. Cəmiyyət olaraq, dövlət olaraq, millət olaraq biz artıq bir olmuşuq və uzun əsrlərdən, tarixin ən dərin qatlarından bu günə qədər gəlib çatan, birgə olan milli - mənəvi dəyərlərimizi yülsək səviyyəyə qaldırıb onu bütün dünyaya nümayiş etdirməkdəyik”. Bunu SİA-ya açıqlamasında Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri, Qadınlar Şurasının sədri Günay Ağamalı deyib.Onun sözlərinə görə, xüsusi olaraq qeyd etmək lazımdır ki, torpaqlarımızın işağaldan azad edilməsində qardaş Türkiyə, onun Prezidenti, çox dəyərli dövlət xadimi, hörmətli Rəccəb Tayyip Ərdoğanın birmənalı, anadolu qardaşlarımız demişkən net olaraq Türkiyənin Azərbaycanın yanında olması ilə bağlı mövqeyini ortaya qoyması və eyni zamanda Türkiyənin Xarici İşlər və Müdafiə Nazirlərinin də Azərbaycanın haqq işini müdafiə edən fikirlərini ifadə etməsi bizi Qarabağ uğrundakı döyüşlərimizdə ruhlandırmaqla bərabər, həm də Qələbəmizdə son dərəcədə ciddi rol oynadı: “Ən azı ayrı - ayrı dövlətlərin Ermənistana açıq şəkildə hərbi dəstək vermək, hərbi qüvvə ilə onu müdafiə etmək imkanlarını sıfırlayıb və Türkiyənin bizə vermiş olduğu diplomatik və siyasi dəstək Qələbəmizə əhəmiyyətli təsir göstərib. Artıq bu gün işğaldan azad edilmiş Qarabağ torpaqlarımızın bərpa olunmasında ilk olaraq Türk qardaşlarımız bizlərlə bərabərdir, həm də Monitorinq mərkəzində fəaliyyətini davam etdirməkdə, töhvələrini verməkdədir. Bütün bunlar əlbətdə, "Bir Millət İki Dövlət" anlayışının məntiqindən və fəlsəfəsindən irəli gəlir. Biz elə etməliyik ki, gələcək nəsillər “Bir Millət İki Dövlət" inteqrasiyasını daha yüksək səviyyəyə qaldırsınlar. Bizim niyyətimiz, həm də "Bir Millət İki Dövlət" konsepsiyasından "Bir Millət Altı Dövlət" konsepsiyasına keçməkdir. Yəni Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan kimi Türk Dövlətlərinin əlaqələrini ən yüksək səviyyəyə qaldırıb, onların vahid ittifaqını yaratmaqdır. Türk dövlətlərinin əraziləri yeraltı və yerüstü sərvətlərlə eyni zamanda, istedadlı insanlarla zəngindir. Bu ittifaq nəinki Türk dövlətlərinə, eyni zamanda dünyaya sülhün və təhlükəsizliyin təmin olunmasına qitələr arası iqtisadi əlaqələrin inkişafına ciddi töhvələr verə bilər”.G. Ağamalı vurğulayıb ki, bu baxımdan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilkin təməl yaradıb: “Mədəni əlaqələrimiz genişlənir, siyasi əlaqələr yüksək səviyyədə öz həllini tapır. Çox xoşdur ki, Türkdilli dövlətlər artıq vahid Əlifbaya, latın qrafikasına keçmək prosesini başa çatdırmaqdadır. Uzun illər boyu Türk dövlətləri arasında vahid dil məsələsi müzakirə predmetinə çevrilib, ola bilsin ki, buna keçid xeyli zaman tələb edəcəkdir. İndiki halda məncə vahid ünsiyyət dili üzərində düşünməliyik. Vahid ünsiyyət dili bütün parametrlərinə görə Anadolu türkcəsi ola bilər. Bunun üçün uşaq bağçalarında və ibtidai siniflərdə xüsusi proqramla Anadolu türkcəsinin tədrisi həyata keçirilsə gələcək nəsillərimiz ünsiyyət dili kimi Anadolu türkcəsini tam mənimsəyə bilər. Digər təklifim, Türk filmələrinin Azərbaycan türkcəsinə uyğunlaşmasına son qoyulmasıdır. Mənə belə gəlir ki, vaxtilə həmən filmlərin Azərbaycan türkcəsinə uyğunlaşdırılması xoş niyyət məqsədi daşımayıb. Bundan imtina etmək olduqca zəruridir, çünki Anadolu türkcəsi bizim üçün yad dil deyil. Eyni zamanda tele kanallarımızın biri Türkmən, Qazax, Özbək və Qırğız tele kanalları ilə birgə yayımlar təşkil etsə və Mədəniyyət Kanalında həmin xalqların dilləri həftədə bir dəfə tədris olunsa mənəcə, “Bir Millət Altı Dövlət” konsepsiyasının reallaşması yolunda ciddi addımlar atmış olarıq”.

sia.az

Digər xəbərlər