Siyasət

  • 4 651

YAP Yevlax rayon təşkilatının aparat işçiləri şəhidin evində olublar

image

Vətən müharibəsi şəhidi, Yevlax rayonu Qoyunbinəsi kəndində yaşamış Hüseynli İbrahim İsa oğlunun övladı Alituranın dünyaya gəlməsi münasibətilə 20 fevral 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının aparat işçiləri, partiya fəalları, şəhidin ailə üzvləri kənd sakinləri şəhərin Şəhidlər Xiyabanında uyuyan şəhidin məzarını ziyarət edərək, məzarı üzərinə güllər düzüblər.SİA xəbər verir ki, daha sonra tədbir iştirakçıları Qoyunbinəsi kəndində şəhidin böyüyüb başa çadığı evdə, ailə üzvlərini və övladını ziyarət edib, YAP Yevlax rayon təşkilatı adından körpə Aliturana uşaq çarpayısı və yataq dəstləri təqdim ediblər. Bu ziyarətdən məmnunluqlarını ifadə edən şəhidin ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər, hər zaman dövlətimizin qayğısını, diqqətini öz üzərlərində hiss etdiklərini bildiriblər.

sia.az

Digər xəbərlər