Siyasət

  • 3 065

Türkiyə-Fransa münasibətlərindəki kəskin dönüşün səbəbləri nədir? - ŞƏRH ÖZƏL

image

“Fransa prezidenti Makronla Türkiyə prezidenti Ərdoğanın görüşü gündəmi məşğul edən məsələlərdəndir. Fikrimcə, bir müddət əvvəl Fransa və Türkiyə arasında münasibətlərdə yaşanmış gərginliyin əsas səbəbkarı Fransa prezidenti Emmanuel Makron olub. Fransada son bir necə ildə islamafobiya istiqamətlərində atılan addımları müşahidə edirik. İslam ölkələri, xüsusən Türkiyənin siyasi elitası məhz Fransanın siyasi rəhbərliyini insan hüquqlarının pozulması rakursundan qiymətləndirib və bu da tamamilə doğrudur”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.Ekspertin sözlərinə görə, Fransa Burjua inqilabındakı qələbəsindən sonra Avropaya gerçək insani, multikultural dəyərlər, digər dinlərə hörmət kimi anlayışları gətirib: “Təssüflər olsun ki, Fransa özü zamanında Avropa məkanına gətirdiyi dəyərlərə bu günləri beynəlxalq terrorizmin Avropa üçün doğurmuş olduğu reallıqlar kontekstindən yanaşaraq bir qədər fərqli və islam ölkələrinə qarşı qeyri-adekvat mövqe sergiləyib. Həmçinin İslam Peyğəmbərinin təhqir olunması və karikaturasının çəkilməsi Fransanın özündə hicablı qadınlara pis münasibət kimi hallar Fransa - Türkiyə münasibətlərində yaranmış problemlərin səbəbləri olmaqla yanaşı, eyni zamanda, Fransa Nato ölkəsi olaraq Türkiyənin Livya məsələsindəki mövqeyinə kifayət qədər fərqli yanaşıb və əks arqumentlər ortaya qoyub. Yenə də, Türkiyənin Yunanıstan ilə yaşanmış problemlərdə Fransa Beynəlxalq Hüquqi dəyərləri yox sayaraq xristian tərəfkeşliyi etməsilə gərginlik bir qədər də artırmaqla yanaşı, cənab Ərdoğanın Makrona ünvanladığı “Makronun ciddi psixoloji problemləri var və yaxşı olardı ki, həkimə görünsün” ifadəsi aradakı gərgin ab-havanı kulminasiya nöqtəsinə çatdırdı. Təbii ki, Makronun simasında Fransa siyasi elitası tezliklə başa düşdü ki, münasibətlərdəki bu gərginlik Fransa dövlətinin və Fransa xalqının maraqlarına cavab vermir. Unutmaq olmaz ki, Türkiyə böyük 20-liyin tərkibinə daxil olan dövlətdir. Türkiyənin nəhəng iqtisadi gücü və Nato tərkibində güclü ordusu var. Regional problemlərin heç birini Türkiyənin iştirakı olmadan həll etmək mümkün deyil”.E.Manafov vurğulayıb ki, Makron Türkiyə ilə Fransa arasında ticarət dövriyəsi, Fransa şirkətlərinin Türkiyədə itirə biləcəklərini düşünərək anladı ki, Türkiyəyə qarşı durmaq deyil, əksinə əməkdaşlıq etmək lazımdır: “Xüsusilə əgər Yaxın- Orta Şərqdə stabilliyin dayanıqlı olması üçün, ümumiyyətlə, Dünyada Sülhün təminatı olması məsələsində Türkiyənin özünəməxsus rolu var. Livanda, Suriyada, Balkanlarda sərgilədiyi mövqe göstərir ki, artıq Türkiyə regional dövlət olmaqla yanaşı, müasir dünyanın geosiyasi problemlərini həll etmək gücündə olan dövlətdir. Bütün bunlar Fransanın Türkiyəyə qarşı siyasətini dəyişməyə məcbur etdi”.

sia.az

Digər xəbərlər