Siyasət

  • 3 526

Səbail rayonunda “Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə qayğı” aksiyası çərçivəsində növbəti qazi ailələri ziyarət olundu

image

YAP Səbail rayon təşkilatının nümayəndələri Vətən müharibəsinin qaziləri, Səbail rayonu sakinləri – “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalları ilə təltif olunan qazi Əzizli Nicatbəy Əliqismət oğlu, “Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunan qazi Bayramov Sərxan Sərdar oğlu, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalları ilə təltif olunan qazi Vəliyev Elvin Nəcəf oğlu, “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunan qazi Abdullayev Fərman Əhliman oğlu və hazırda hərbi xidmətinə davam edən, “Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunan qazi İsmayılzadə Rəşad Yaşar oğlu ilə görüşdülər, qazi ailələrini evlərində ziyarət etdilər.

Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda igidliklə döyüşən və xalqımızın Şanlı Qələbə qazanmasında töhfələri olan qazilərimizə, onların mərd, fədakar ailə üzvlərinə ürəkdən təşəkkür edən və Qələbə münasibətilə gözaydınlığı verən YAP Səbail rayon təşkilatının nümayəndələri qazilərimizin səhhəti, ailələrin gündəlik qayğıları ilə maraqlandılar, ailələr ilə səmimi söhbət etdilər.
Vətən müharibəsinin qaziləri 44 günlük Şanlı döyüş yolundan, işğaldan azad olunan torpaqlarımıza ilk ayaq basan qəhrəman Azərbaycan əsgərinin şücaətindən və düşmənin rüsvayçı məğlubiyyətindən danışdılar, Vətənin müdafiəsinə hər zaman hazır olduqlarını dəfələrlə vurğuladılar.
Dövlət səviyyəsində şəhid və qazi ailələrinin daim diqqət mərkəzində saxlanılması üçün həyata keçirilən ardıcıl tədbirlər haqqında qazilərimizə və ailə üzvlərinə ətraflı məlumat verildi, YAŞAT Fondu ilə əlaqənin yaradılması və digər qurumlara müraciətlərin edilməsi üçün müvafiq izahatlar təqdim olundu. Ailələrə ərzaq sovqatları çatdırıldı.
Göstərilən diqqətə görə bütün qurumlara təşəkkür edən qazilər və ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirdilər.

sia.az

Digər xəbərlər