Siyasət

  • 20 072

Heydər Əliyevin azərbaycançılıq ideologiyası və azərbaycanlıların xaricdə təhsil siyasəti

image

Təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemini dünya təhsil sisteminin standartlarına uyğunlaşdırsın...

Ümummilli Lider Heydər Əliyev

İnkişaf edən dünyada ölkələrin inkişaf səviyyəsi təkcə iqtisadi meyarlarla deyil, eyni zamanda təhsil sistemindəki vəziyyət və mövcud kadr potensialı ilə də qiymətləndirilir. Təhsil ölkələrin beynəlxalq aləmdə rolunu və yerini müəyyən edən əsas amillərdən biri sayılır, maddi-mənəvi dəyərləri və strateji güçü xarakterizə edir. Belə ki, hər bir dövlətdə gedən proseslər ölkənin bir başa insan amili ilə bağlı olur. Ölkənin davamlı və hərtərəfli inkişafını təmin etmək məqsədi ilə elm və təhsilə daha çox qayğı göstərilməli və onun müasir dünya standartlarına uyğunlaşdırılmasına çalışmaq tələb olunur.XIX əsrin sonları XX əsrin əvvələrində varlı azərbaycanlı ailələri öz ovladlarını (əsasən oglanlar) təhsil almaq məqsədi ilə Avropanın bir sıra ölkələrinə Fransa, Almaniya, Avstriya, eləcə də Rusiyaya, xüsusən də Sankt-Peterburqa təhsil almağa göndərirdilər. Onlardan Rəşid bəy Axundov, Əhməd bəy Ağaoğlu, Məhəmməd ağa Şahtaxtinski, Möhsün bəy Xanlarov və başqalarını göstərmək olar. 1879-cu ildə görkəmli Azərbaycan maarifpərvərlərinin və ziyalılarının, xüsusən də Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabının, Tiflis müsəlman məktəbinin şəriət müəllimi Mirzə Hüsyn Qayıbzadənin və digərlərinin səyi nəticəsində 1876-cı ildə Konstantin Uşinksinin layihəsi əsasında açılmış Qori Müəllimlər Seminariyasında Azərbaycan şöbəsinin yaradılmasına razılıq verilir.Sonrakı illərdə Seminariyada təhsil alan azərbaycanlıların sayı ildən-ilə artır və Azərbaycanın Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Soltan Məcid Qənizadə, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Rəşid bəy Əfəndiyev, Müslüm Maqomayev, Şıxlinskilər, Süleyman Sani Axundov, Hacıbaba Süleymanov, Nəriman Nərimanov, Osman Əfəndiyev, İsfəndiyar Vəkilov, Fərhad Ağazadə və digər ziyalıları təhsillərini bitirdikdən sonra Azərbaycanın təhsili uğrunda həyatlarının sonunadək mübarizə aparırlar.

1918-cı ildə Qori Seminariyasının Azərbaycan bölməsi ilk Azərbaycan Respublikasının maliyyə vəsaiti hesabına Qazax şəhərinə köçürülür və sovet hakimiyyəti qurulduqdan sonra 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərir. Əminliklə deyə bilərik ki, təhsil tariximizdə sistemli şəkildə beynəlxalq əlaqələrin təməli də məhz azərbaycanlıların xaricdə təhsili vasitəsilə qoyulur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə olaraq azərbaycanlıların dövlət hesabına xaricdə təhsil almağa göndərilməsi qərarı qəbul olunur və 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən 100 nəfər azərbaycanlı gəncin xaricə ali təhsil almağa göndərilməsi ilə bağlı qərar qəbul edilmiş, onlar üçün yol xərci və təqaüdlər müəyyənləşdirilmişdir. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, istər XIX əsrdə, istərsə də ötən əsrin əvvəllərində xaricə getmiş və ya göndərilmiş bir çox azrəbaycanlı gəncin taleyi acanıcaqlı sonluq ilə bitmiş, bəziləri xarici ölkələrdə böyük çətinliklər ilə həyatlarını başa vurmuş, digərləri isə ölkəyə qayıtdıqdan sonra sovet represiya maşınından xilas ola bilməmişlər.Qururla qeyd edə bilərik ki, istər sovet dövründə istərsə də Azərbaycan 1991-ci ildə müsəqillik əldə etdikdən sonra azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və sonlaralar Ulu Öndərin ideyalarının layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin dövlətçilik fəaliyyətində təhsilə diqqət xüsusi yer tutur.

Qeyd etmək yerinə düşər ki, hələ Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə 1969-1982-ci illərdə Azərbaycanda ən qabqcıl texnologiya istehsalı, elmin qabaqcıl nailiyyətlərinin istehsalata tətbiqi, böyük alim ordusunun yetişməsi, xalq təsərrüfatının dinamik inkişafı, mədəniyyətin çiçəklənməsi, təhsilin inkişaf etdirilməsi sürətlə gedirdi. Həmin illərdə Ulu Öndər Heydər Əliyevin gerçəkləşdirdiyi bu siyasətin təməlində Azərbaycanın gələcəyi, milli dövlətçilik düşüncəsinin dayandığını illər sonra Azərbaycan müstəqilliyini elan etdikdən sonra tam anlaşılacaqdı. Heç də təsadüfü deyil ki, məhz 1969-1982-ci illərdə Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilmiş, yeni ali təhsil müəssisələri açılmış, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilmiş, bütün lazımı avadanlıqlarla təhciz olunmuşdur. Dahi Öndərin təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci sovet respublikalarının müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilmiş və həmin gənclər Azərbaycan üçün çox vacib sahələri əhatə edən ixtisaslar üzrə təhsil alaraq respublikaya yüksək bacarıqlı mütəxəssis kimi qayıtmişlar.Ümummilli Lider 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsilməktəblərini daha da inkişaf etdirmək haqqında” və eləcə də 1973-cü ildə “Kənd ümumtəhsilməktəblərinin işşəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarlar qəbul etmiş və bu qərarların reallaşması nəticəsində respubikamızda orta ümumtəhsil məktəbləri şəbəkəsi 765-dən 2117-yə çatdırılmışdır. 1970-82-ci illər ərzində Azərbaycanda 5 yeni ali məktəb yaradılmış o cümlədən yeni ixtisaslar, kafedralar və laboratoriyalar fəaliyyətə başlamışdır.Beləliklə, 1960-ci illərdə Respublikada 12 ali məktəb fəaliyyət göstərirdisə, 1982-ci ildə Azərbaycanda ali təsil məktəblərin sayı artmiş və təhsil alanların sayı 70 mindən 100 minə yüksəlmişdir.

Ulu Öndər respublikanın zəruri mütəxəssisə ehtiyacını və gələcəyini nəzərə alaraq bu illərdə yüzlərlə gəncin Sovet İttifaqının ən nüfuzlu ali təhsil müəssisələrində oxumasına nail olmuşdur. 1970-ci ildən etibarən hər il 800- 900 nəfər azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində təhsil almağa göndərilmişdir. Bu da müstəqilliyini bərpa edən zaman Azərbaycana güclü milli kadr potensialına malik olmağa imkan vermişdir. Ötən əsrin 70-80-ci illərində Ulu Öndərin təşəbbüsü ilə 15 mindən çox azərbaycanlı SSRİ-nin 170 universitetində təhsil almışdır. Ən əsası isə əvvəlki illərdən fərqli olaraq xarici universitetlərdə təhsil alan tələbələrin milli tərkibi 97.7 faiz azərbaycanlılardan ibarət idi, halbuki əvvəlki illərdə respublikadan kənarda təhsil almağa göndərilənlər arasında azərbaycanlıların payı cəmi 40 faizə çatırdı.1991-ci ildə müstəqilliyini qazanmış Azərbaycan Respublikası ilk illərdə Ermənistanın hərbi təcavüzü, dərin siyasi, iqtisadi və sosial böhranla üzləşmişdi və belə bir şəraitdə Azərbaycan xalqı xilaskar kimi Heydər Əliyev gördü və Onu ölkəyə rəhbərlik etməyə dəvət etdi. Ölkəni böhrandan çıxarmaq üçün qəti addımlar atan Ulu Öndər ölkənin gələcək inkişafı naminə təhsilin keyfiyyətinin yüksəlməsini əsas hədəflərindən biri kimi müəyənləşdirimişdir.

1993-cü ildən sonra ölkənin təhsil sistemində gedən proseslərə nəzər saldıqda görürük ki, yeni məktəblərin inşası, maddi-texniki bazanın möhkəmlənməsi, dərsliklər və təhsil proqramlarının yenidən tərtib edilməsi, Azərbaycan təhsilinin dünya tədris sisteminə inteqrasiyası Dahi Öndər Heydər Əliyevin diqqət mərkəzində idi. Azərbaycanlı olması ilə fəxr edən Ulu Öndər gənc nəslə seçdikləri ixtisaslar üzrə fənləri daha dərindən öyrənmələrini xüsusi olaraq tövsiyə edir və vurğulayırdı ki, ... “Bizim uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən o fənlərdə ki, ixtisaslaşmaq istəyirlər, onu daha da yaxşı bilməlidirlər... Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər”. Faktiki olaraq, Ümummilli liderin bu kəlamları onun ölkənin strateji inkişafını Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və peşəkar mütəxəssis kimi yetişməsində gördüyünün təsdiqidir. Ulu Öndərin gənclərin Ana dili, ədəbiyyat, tarix fənlərinə dərindən yiyələnmələrini tövsiyə etməsi isə onun bu faktorların millətin varlığının, onun dünya xalqları arasında tanınmasının əsas göstəricisi olmasının fərqinə varmasıdır.

Müstəqillik dövrünün sonrakı illərində təhsil sistemini inkişaf etdirmək və yaranmış problemləri aradan qaldırmaq üçün Ulu Öndərin sərəncamı ilə Respublika Təhsil Şurasının yaradılması, daha sonra “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” (2000) “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” (2001), “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” (2001), “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” (2002), “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” (2003), “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” (2003) fərmanları təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, onun beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına yol açmışdır.

“Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim tale yüklü məsələləri, planları sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıracaq!”. Bəli, bu gün bir daha şahid oluruq ki, Ulu Öndərin təhsil siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı həmişə vurğulayır ki, dövlətin, xalqın gələcəyi intellektual inkişafla bağlıdır və elmə qoyulan sərmayə millətin sabahına xidmət edir. Bu yöndə ölkənin neft strategiyasından əldə olunan gəlirlərin insan kapitalına çevrilməsi sosial-iqtisadi islahatların davamlılığının uğurla gerçəkləşdirilməsinə xidmət edir. Ölkə rəhbəri müxtəlif ölkələrin təcrübəsini müqayisə edərək uğur qazanmağın əsas səbəblərini neft-qaz ehtiyatları ilə deyil, elmə, biliyə, yiyələnməklə əlaqələndirərək qeyd edir ki, təbii ehtiyatların və insan kapitalının sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir. Təhsilə qoyulan vəsaitin ölkənin hərtərəfli inkişafına, iqtisadiyyatın, davamlı tərəqqinin təmin olunmasına əsaslı zəmin yaratdığını vurğulayan dövlət başçısı təhsil sisteminin müasirliyi və effektivliyini dayanıqlı sosial-iqtisadi inkişaf strategiyasının reallaşmasının əsasşərtlərdən biri kimisəciyyələndirir.

Təhsil sahəsində yeniliyə və inkişafa nail olmaq, eləcə də intellektuallığı və idarəetmə qabiliyyətini artırmaq və Azərbaycan təhsil sisteminin Avropa Ali Təhsil Məkanına daha səmərəli inteqrasiyası üçün Azərbaycan 2005-ci ilin may ayından Vahid Avropa Ali Təhsil Məkanının yaradılmasını nəzərdə tutan Boloniya prosesinə qoşulmuşdur.Son 17 ildə Cənab Prezidentin səyi nəticəsində təhsilə ayrılan vəsait hər il artırılmışdır. Əgər 2003-cü ildə dövlət büdcəsində təhsilə ayrilan vəsait 378 milyon manat təşkil edirdisə, 2021-ci ilin təhsil xərcləri 3277,7 milyon təşkil etmişdir. Eyni zamanda 2009-cu ildə “Təhsil haqqında” Azərbaycan Respublikasının qərarı, Azərbaycan Respublikasında ümumitəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı (2005-2007) haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “2008-2012-ci illə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, "2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “2011- 2021-ci illərdə Azərbaycan təhsilinin inkişafl üzrə Milli Strategiy” haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və s. sərəncam və qərarların qəbul edilməsi Azərbaycan təhsilinin inkişafına olan diqqət və qayğının bir nümunəsi idi. Bu siyasətin davamı kimi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmiş və ölkəmizdə ali təhsil sisteminin inkişaf etdirilməsi üçün yeni bir mərhələ başlamışdır.Eyni zamanda qeyd etmək yerinə düşər ki, son illər Azərbaycan təhsil sisteminin yenilənməsi və müasirləşməsi üçün Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənəsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkənin insan kapitalının inkişafına yönəlmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ümumilikdə 3558 nəfər Azərbaycan vətəndaşı Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın 32 ölkəsinin 379 aparıcı universitetində təhsil almaq hüququ qazanmışdır. Proqram çərçivəsində təhsil almış tələbələrin böyük əksəriyyəti məzun olmuş və ölkəyə qayıdaraq özəl (60%) və dövlət sektorunda (40%) fəaliyyətə başlamışlar.Son 17 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda ən müasir tələblərə cavab verən universitetləri - ADA Universiteti (2006), Bakı Ali Neft Məktəbi (2011), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı (2009), İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetin Bakı filialı (2015), Azərbaycan Fransız Universiteti (UFAZ, 2016) yaradılmış və fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası vətəndaşlarına ölkəni tərk etmədən aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə Azərbaycan-Fransız Universiteti (UFAZ) fəaliyyətə başlamışdır. 2016-ci ilin sentyabr ayından başlayaraq UFAZ-da 4 ixtisas üzrə (kimya mühəndisliyi, Komputer elmləri, geofizika mühəndisliyi, neft və qaz mühəndisliyi) ingilis dilində tədrisə başlanılmış və tələbə qəbulu həyata keçirilmişdir. 2020-ci ildə Universitetin ilk 125 məzununa Fransanın Strasburq Universiteti və Renne 1 Universitetinin, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin diplomları təqdim edilmişdir. 2020-ci ilə UFAZ-da ilk dəfə olaraq 2020/2021-ci tədris ili üçün Magistratura pilləsi üzrə 80 yer dövlət hesabına tələbə qəbulu həyata keçirmiş və 3 ixtisas üzrə (kimya mühəndisliyi/fiziki kimya, tətbiqi komputer elmləri, yer elmləri) fakultələr fəaliyyətə başlamışdır.

Proqramın yaradılmasının əsas məqsədi ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması ilə təkmilləşdirilməsi və bununla da Azərbaycan ali məktəblərinin akademik potensialının gücləndirilərək dünya strandartları səviyyəsinə çatdırılmasıdır. Son 5 ildə UFAZ-ın ən müasir avadanlıqlarla təhciz edilmiş elmi-tədris laboratoriyalarının tələbələrin ixtiyarına verilməsi, eləcə də universitetin qabaqcıl maddi-texniki və tədris bazasının yaradılması dövlət başçısının təhsilə və elmə verdiyi ən yüksək dəyər kimi qiymətləndirilə bilər. UFAZ tələbələrinin tədris zamanı yerli və xarici müsabiqələrdə qazandıqları nailiyyətlər, burada təhsil alan gənclərin yiyələndikləri biliklərin beynəlxalq səviyyədə qəbul olunması ölkə başçısının dünyanın qabaqcıl tədris proqramları və tanınmış alimlərin azərbaycanlıların gənc nəslinin yüksəkixtisaslı kadr kimi yetişdirilməsinə cəlb olunması istiqamətində atdığı addımların effektiv üsul kimi öz təsdiqini tapdığının göstəricisidir.

Vazeh Əskərov,
Tarix üzrə fəlsəfə doktoru, dosent,
Azərbaycan-Fransız Universitetinin icraçı direktoru, YAP İdarə Heyətinin üzvü

sia.az

Digər xəbərlər