Siyasət

  • 27 170

Heydər Əliyevin iqtisadi strategiyası

image

Muasir dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən dəyişikliklər və bütün bu təlatümlərin fövqündə dayanan milli dövlətçiliyimiz Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun mükəmməl bir məntiqdən meydana çıxdığını ortaya qoyur. Ümummilli Lider nəinki ictimai, siyasi, həm də iqtisadi sahədə çox mühüm və həlledici addımlar atıb. Əminliklə qeyd edə bilərik ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan iqtisadiyyatının inkişafında müstəsna rolu olan əvəzsiz şəxsiyyət olub.Tarixi təcrübə göstərir ki, zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəb olur. Ötən əsrin 90-cı illərində düşmən təcavüzünə məruz qalan və təcrübəsiz dövlət rəhbərləri tərəfindən idarə olunan Azərbaycan da həmin dövrü yaşadı.

Respublikamiz yalnız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə deyil, eyni zamanda daxildən parçalanmaq təhlükəsi ilə də qarşı-qarşıya qaldı. Azərbaycanı bu ağır vəziyyətdən 1993-cü ildə xalqın israrlı istəyi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev çıxardı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli lider Azərbaycana qayıtdı. Xalq onu rəhbər seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu. Qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu”.Dahi Öndər Heydər Əliyev fəaliyyətə başladığı ilk dövrdə iqtisadiyyatın nə qədər mühüm sahə olduğuna diqqət çəkmişdir. Ulu Öndər demişdir, "Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifahı aşağı düşüb. Lakin ölkəmizin böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə yeni iqtisadi yüksəliş başladı.

Dahi Öndər digər sahələrdə olduğu kimi bu sahədə də köklü dəyişikliklərin aparılması üçün yeni imkanlar yaratdı. İlk növbədə gələcək müstəqil və güclü iqtisadi siyasətin zəminləri yaradıldı. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etdi. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı. Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi. Ulu Öndərin dühası ilə 1997-ci ildən sənaye məhsullarının buraxılışında ciddi artım müşahidə edildi. Neft emalı, metallurgiya, ağac emalı, şüşə və çinisaxsı məhsulları istehsalında artım daha yüksək oldu. Digər istehsal sahələrində geriləmə meyilləri tamamilə dayandırıldı, hasilat sənayesi ilə yanaşı, qeyri-neft sektoru da inkişaf etdirildi. Sənayenin inkişafı ilə yanaşı, ümummilli lider ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. Məhz bu diqqətin nəticəsində respublikada 40 çox normativ-hüquqi akt qəbul edildi. Kənd təsərrüfatı məhsullarının satışında qiymətlər tam sabitləşdi, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırıldı.

Bir müddət əsas kənd təsərrüfatı məhsullarını müxtəlif xarici ölkələrdən alan Azərbaycan daha sonra xaricə məhsul ixrac etməyə başlad. Azərbaycan SSRİ-də kənd təsərrüfatının inkişafına görə xüsusilə fərqlənirdi. Azərbaycan bu dövrlərdə pambıq yığımına, üzüm və texniki bitkilərin becərilməsində ön sıralarda yerini qoruyurdu.Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dövründə Azərbaycan üzümün, tez yetişən tərəvəzin, tütünün, çayın ən böyük istehsalçısı oldu. Bu inkişaf Azərbaycanın bütün bölgələrində nəzərə çarpırdı. Azərbaycanda o dövrlərdə pambıq yığımında 100 min tondan çox pambıq toplanması SSRİ-də ən yüksək göstərici kimi, Azərbaycanı onun tabeliyində olan digər dövlətlərdən fərqləndirirdi. Ulu Öndər Heydər Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsinə dair bir çox islahatlar həyata keçirdi. Belə ki, Ulu Öndər kənd təsərrüfatında olan problemlərin həlli üçün 1994-cü ildə bir neçə müşavirə keçirib, kənd təsərrüfatında olan problemlərlə şəxsən yaxından tanış oldu. Bundan sonra aqrar islahatları həyata keçirmək üçün hüquqi baza yaradıldı. Bu isə öz növbəsində məhsul istehsalının intensiv artımı nəticəsində mümkün oldu. İdxal-ixrac əməliyyatlarının bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması nəticəsində ölkəmizin beynəlxalq əlaqələri ilbəil genişləndi və inkişaf etdi.

1991-1994-cü illərdə inflyasiyanın böyük sürətlə, hətta dördrəqəmli faizə qədər artması müşahidə olunduğu halda, aparılan iqtisadi islahatlar nəticəsində 1995-ci ildən sonra inflyasiyanın bir rəqəmli həddə saxlanılmasına nail olundu. İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etdi. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə, xərcləri isə 72 dəfə artdı.Ulu Öndər tərəfindən həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlandı. Ölkəmizə maliyyə yardımının göstərilməsinə başlanıldı. Beynəlxalq maliyyə-kredit institutları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn əsasli islahatlar həyata keçirildi. Sərt və çevik pul-kredit, büdcə-vergi siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində ölkəmizdə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu. Respublikamizin iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək oldu. Azərbaycanın iqtisadi siyasətinin əsas istiqamətlərindən biri neft strategiyasının hazırlanması idi. Müəllifi ümummilli lideri Heydər Əliyev olan bu strategiyanın həyata keçirilməsinə 1994-cü il sentyabrın 20-də başlanıldı. Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı.

Ulu Öndər Heydər Əliyevin özünün də vurğuladığı kimi, ""Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı. Bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaq”."Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınan bu müqavilənin imzalanması və gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Dahi Öndər Heydər Əliyev tərəfindən işlənilib hazırlanan yeni neft strategiyasının parlaq təzahürüdür. "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının istismarını nəzərdə tutan neft müqaviləsinin imzalanması ölkəyə xarici investisiyanın ölkəmizə axınına səbəb oldu. Bu hələ sovet dövründən başlanan danışıqların, Heydər Əliyev tərəfindən atılan konkret addımlarla həyata keçirilməsi idi. Ulu Öndər Heydər Əliyev düşünülmüş strategiya tətbiq edərək xarici ölkələrin şirkətlərini Azərbaycana gətirdi. "Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı, hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi.

Azərbaycanın xarici ticarətinə, Azərbaycana qoyulan xarici kapitalın artmasına gətirib çıxardı.Ulu Öndər Heydər Əliyevin apardığı bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz inkişafını yenidən bərpa edir, qüdrətlənirdi. Bu inkişaf özünü hər sahədə göstərirdi. Bura sahibkarlığı, kənd təsərrüfatını, sənayeni, neft sənayesini, bank sahəsini, vergi sahəsini və digər sahələri daxil etmək olar. Bu illər ərzində kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün mühüm addımlar da atıldı. Ulu öndərin islahatları ilə Azərbaycanda nəqliyyatın bütün sahələrinin yenidən bərpası və inkişafı üzrə qanunlar qəbul olundu, tədbirlər həyata keçirildi ki, bu da ölkəmizin digər dövlətlərlə istər havadan, istər sudan, istərsə dəmiryolları vasitəsilə iqtisadi əlaqə yaranmasına, möhkəmlənməsinə şərait yaratdı. Qədim ipək yolunun Azərbaycan ərazisindən keçməsi, Azərbaycanın burada tranzit rolunu oynaması iqtisadi cəhətdən böyük imkanlar verdi. Ulu Öndər Heydər Əliyev Azərbaycanda iqtisadi inkişafı bərpa etmək üçün təkcə neft sahəsi deyil, bir çox sahələrlə yanaşı turizm sektorunu inkişaf etdirmək üçün “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair dövlət Proqramı”nı qəbul etdi ki, bu xarici turistlərin Azərbaycana axınını gücləndirdi, turizm sektoru əvvəlki illərə nisbətən inkişaf etməyə başladı. Azərbaycan da yoxsulluğun azaldılması və əhalinin maddi durumunun yaxşilaşmasi üçün “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət Proqramı”nı (2003-2005-ci illər) qəbul etdi. Bunun nəticəsi olaraq yeni iş yerləri açıldı. İşsizlərin sayı azaldı. Əmək haqqları və pensiyalar artirildi. Bu da əhalinin yaşayiştərzini yaxşılaşdırdı. Heydər Əliyev Azərbaycanı belə çətin dövrdən iqtisadi inkişaf və işıqlı sabaha gətirib çıxarmaq üçün bütün qüvvəsini sərf etdi. Ulu Öndər Heydər Əliyev qurub yaratdığı və memarı olduğu Azərbaycanı ön cərgələrə apardı. Azərbaycan 18 oktyabr 1991-ci ildə müstəqillik qazansa da ortalığa bir çox itisadi problemlər də çıxdi.Heydər Əliyev iqtisadi böhrandan xilas olmaq, vergi və sahibkarlığın inkişaf etdirməsi üçün bir sıra islahatlar keçirdi. 1993-cü il təsdiq edilmiş “Azərbaycan Sahibkarlığının İnkişafı” (1993-1995) adlı Dövlət proqramı Azərbaycanda kiçik və orta sahibkarların sayının artmasına, xarici ölkələrə iqtisadi ticarət əlaqələrinin yaranmasına müsbət təsir göstərdi. Ulu Öndər Heydər Əliyevin apardığı bu siyasət bir çox sahələri əhatə edirdi. Heydər Əliyevin ən mühüm nailiyyətlərindən biri neft sahəsində oldu.

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Əsrin müqaviləsində dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. Bu müqavilənin bağlanması ilə Azərbaycana xarici kapitalın axını gücləndi.Heydər Əliyevin ən böyük uğurlarından biri Azərbaycanın enerji resurslarının dünya bazarına hansı marşurutlarla çıxarılması məsələsi idi.Ulu Öndər Azərbaycanın enerji resurslarının 2 istiqamətdə dünya bazarına çıxarılmasına nail oldu. 1996-cı il fevralın 18-də Moskvada Azərbaycan neftinin Rusiya Federasiyası ərazisindən keçirməklə Qara dənizin Novorossiysk limanına nəql olunması haqqında müqavilə imzalandı. Azərbaycanın enerji resurslarının şimal marşurutu muəyyən edildikdən sonra sonra, 1996-cı il martın 8-də Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan prezidenti Eduard Şevardnadze Tiflisdə Bakı-Supsa neft kəmərinin çəkilməsi barədə razılığa gəldilər. ABƏŞ, ARDNŞ və Gürcüstan hökuməti arasında bağlanmış uç tərəfli müqavilələrdə Azərbaycan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlardan çıxan ilkin Azərbaycan neftinin daşınmasını Bakı-Supsa neft kəməri vasitəsi ilə nəqlini nəzərdə tuturdu. Neft marşurutlarının alternativliyi Azərbaycanın hər hansı bir dövlətdən iqtisadi aslılığına son qoymaqla yanaşı, ölkəmizin milli mənafeyinə cavab verirdi. Bu marşurutun ən böyük üstünlüyü Azərbaycan neftinin təmiz halda “Azəri light” markası ilə dünya bazarına çıxarılması oldu. Heydər Əliyevin neft sahəsində ən böyük uğuru BTC lahiyəsi oldu. Ulu Öndər Heydər Əliyev “Əsrin müqavilə”si ilə neft strategiyasının inkişafının təməlini qoysa da, BakıTbilisi-Ceyhan lahiyəsi ilə bu uğuru davam etdirdi. Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, geniş miqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına ixracinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli BakıTbilisi-Ceyhan əsas boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirildi və aparılan danışıqlar uğurla nəticələndi.Bütün bunların nəticəsi olaraq 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində İstanbulun Çırağan sarayında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı.

Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəkləmək, Qazaxıstan və Türkmənistan neftini bu layihəyə cəlb etmək üçün ABŞ-ın iştiraki ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan arasında İstanbul bəyannaməsi imzalandı. Ulu Öndər Heydər Əliyev təkcə neft sahəsində deyil, Azərbaycanda qaz resurslarının istifadəsi haqqında bir çox sənədlər imzalayıb. XXI əsrdə Azərbaycanda qaz sənayesinin inkişafına və Azərbaycanı neftlə yanaşı qaz ixrac edən ölkəyə çevrilməsinə zəmin yaradıldı. Ulu Öndər Heydər Əliyevin apardığı bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan tədricən öz inkişafını yenidən bərpa edir, qüdrətlənirdi. Bu inkişaf özünü hər sahədə göstərirdi. Bura sahibkarlığı, kənd təsərrüfatını, sənayeni, neft sənayesini, bank sahəsini, vergi sahəsini və digər sahələri daxil etmək olar. Bu illər ərzində kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün mühüm addımlar da atıldı. Umummilli liderin əməlləri və ideyaları ölkəmizin Prezidenti İlham Əliyevin fəaliyyəti və gərgin əməyi nəticəsində yaşayır. Belə ki, 2020-ci ildə ali baş komandan Prezident İlham Əliyevin başçılığı altında 44 gun davam edən ikinci Qarabag vətən muharibəsi uğurla başa çatdi.Möhtəşəm Azərbaycan ordusu butun dunyaya öz gucunu göstərdi.Ermənistanin işgalciliq siyasətinə son qoyuldu. Azərbaycan ordusu BMT nin qəbul etdiyi , lakin icra edilməmiş qərarlarini yerinə yetirdi.Muasir dövrdə davam etdirilən sosial, iqtisadi və hərbi sahədə inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın butun gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.

Elnur Sadiqov,
ADİU-nun-UNEC Maliyyə və maliyyə institutlari kafedrasinin professoru,
Azərbaycanın və Rusiyanın i.e.d., YAP İdarə Heyətinin uzvu

sia.az

Digər xəbərlər