Siyasət

  • 3 978

“Şuşa bəyannaməsinin mahiyyəti və əhəmiyyəti”

image

Bu mövzuda YAP Samux rayon təşkilatında onlayn konfrans keçirilib

18 iyun 2021-ci il tarixində YAP Samux rayon təşkilatında “Şuşa bəyannaməsinin mahiyyəti və əhəmiyyəti ” mövzusunda onlayn konfrans keçirilib. Konfransı giriş sözü il açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Şuşa bəyannaməsinin əhəmiyyətindən danışıb. Gündüz Bayramov Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik haqqında imzalanan Şuşa bəyannaməsinin iki qardaş dövlətin münasibətlərinin yeni mərhələnin başlanğıcı olduğunu bildirib. Bəyannamənin Qarabağın gözü olan Şuşa şəhərində imzalanmasının xüsusi məna və əhəmiyyət kəsb etdiyini vurğulayan təşkilat sədri onu da bildirib ki, 1921-ci ildə Naxçıvanın təhlükəsizliyi məqsədilə imzalanan “Qars müqaviləsi”ndən 100 il sonra Türkiyənin növbəti müqavilə ilə Qarabağın təhlükəsizliyinin qarantına çevrildi.Onlayın konfransda YAP Samux rayon təşkilatının aparat rəhbəri Sevinc Xəlilova “Şuşa bəyannaməsinin mahiyyəti və əhəmiyyəti” mövzusunda geniş şəkildə məruzə ilə çıxış edib. O, 15 iyun tarixində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan Şuşa Bəyannaməsinin tarixi bir sənəd olduğunu diqqətə çatdırdı: “Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu və çəkisini daha da artıracaq”.Konfransda YAP üzvləri Kəmalə Xəlilova, Şəlalə Tağıyeva, Günel Əhmədova, Sevil Vəkilova, Musa Əsədov, Mahirə Məmmədova məruzə ətrafında çıxış edərək 2021-ci il iyunun 15-də tarixi “Qars müqaviləsi”ndən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin böyük tarixi və strateji əhəmiyyətə malik olduğunu bildiriblər. Çıxış edənlər Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyi bu Bəyannamənin iki qardaş ölkə arasındakı bütün strateji əlaqələri ən yüksək səviyyəyə qaldırdığını diqqətə çatdırıblar.

sia.az

Digər xəbərlər