PDF Oxu

Siyasət

  • 4 173

Müxalifətin Qərbə satılan xəyanət simvolu - Əli Kərimli

Müxalifətin Qərbə satılan xəyanət simvolu - Əli Kərimli

Hərbçilərin maaşlarının azaldılması ilə bağlı AXCP sədrinin növbəti "oyunu” iflasa məhkumdur

Bu günlərdə AXCP və Müsavt partiyaları Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin 83-cü ildönümü günü məzarı başında öz liderinə xəyanətlə qazandığı “təcrübəni” Əli Kərimli indi də Azərbaycan dövlətinə qarşı istifadə etməsi bir daha bu satqının şərəfsizliyidir. AXCP sədri Əli Kərimli deyib ki, nəhayət, Məhəmməd Əmin Rəsulzadə, Elçibəy, Atatürk ideyaları qalib gələcək. O, iqtidarı Elçibəy ideyalarına qarşı olmamağa çağırıb. Bax, həyasızlıq, şərəfsizlik budur. «Torpaqlarını axıradək azad edəcək, demokratiyasını da quracaq. Vətəndaşına da sahib çıxacaq. Ayaqlar altında tapdalanan ədaləti də, azadlığı da başının üzərinə qaldıracaq. O zaman biz yenidən Elçibəyin məzarı başına gəlib ona hesabat verəcəyik»,- deyən Əli Kərimli erməni sifətini nümayiş etdirməklə bu mənəviyyatsız və satqın elə zənn edir ki, tarix unudulub. Ancaq zaman keçdikcə tariximizin kritik hadisələri haqqında daha çox faktlar bəlli olduqca reallıqlar da gün işığına çıxır. Elə 1993-cü ilin 4 iyun hadisələri zamanı Azərbaycanda vətəndaş müharibəsinə yol açan AXC-Müsavat hakimiyyətinin təmsilçilərinin xəyanətləri kimi.Lakin çox maraqlıdır ki, bu gün AXC-Müsavat hakimiyyətinin təmsilçisi olmuş Əli Kərimli xəyanətini unutdurmaq və məsuliyyəti "hər zaman lider deyib qarşısında baş əydiyi" Əbülfəz Elçibəyin üzərinə yıxmağa çalışır. Məhz Əli Kərimlinin tapşırığı ilə Ataxan Əbilov post yazaraq bildirib ki, 4 iyuna görə əsas məsuliyyət Elçibəyin üzərində qalır: "Nə Əbdulrəhmanın, nə də Ayazın bir sıravi vətəndaş olaraq mənim qarşımda heç bir məsuliyyəti yox idi. Mən onlardan heç nə gözləmirdim. Mənim qarşımda Əbülfəz məsuliyyətli idi və mən ona ümidli idim. O, sadəcə daşıdığı yükün mənasını düz dərk etmədiyindən sürətlə uçuruma yuvarlandı və bütöv bir cəmiyyəti də özü ilə bərabər ora apardı. Ona görə də 4 iyuna görə əsas məsuliyyət Elçibəyin üzərində qalır..."
Əli Kərimlinin növbəti çirkin oyunu – hərbçilərin maaşlarının...
Öz liderinə xəyanətkarlıq edən satqın Əli Kərimlinin ziyarət zamanı növbəti çirkin oyununu işə salaraq cəmiyyəti çaşdırmaq üçün hərbçilərin maaşlarının azaldılması ilə «meydanlara, küçələrə çıxmaq, mitinq etmək» çağırışı bir daha AXCP sədrinin öz niyyətini həyata keçirmək məqsədi güddüyünü xalq yaxşı bilir və 28 il etdiyi bu çağırışı özü deyir, özü də eşidir. Ancaq belə bir "oyun oynamaq" Əli Kərimli kimi milli dönüklərin, xəyanətkar ünsürlərin nə birinci, nə də sonuncu "oyunlarıdır".
Ancaq bu gün Ali Baş Komandan Prezident İlham Əliyev cənablarının hərbçilərin maaşlarının artırılması ilə bağlı verdiyi Sərəncam bu ünsürlərin bəd niyyətlərini alt-üst etdi. Çünki bu...
Milli dönüklərin, xəyanətkar ünsürlərin bəd niyyətləri həmişə iflasa məhkumdur
Deyir "qozbeli qəbir düzəldər", amma radikal müxalifət deyilən satqınlar "sülaləsi"ni 28 il ərzində qəbir də düzəldə bilməyib. Hər şeydən spekulyasiya edən dağıdıcı müxalifət əxlaqsızlıq, bəli, əxlaqsızlıq edərək 44 günlük Qarabağ qələbəmizə kölgə salaraq erməniyə nökərçilik edir, qələbəmizin əhəmiyyətini azaltmağa çalışırlar. Ərazi bütövlüyümüzü bərpa etməklə dünyaya sübut etdik ki, erməni kimi çaqqalları dəmir yumruğumuzla it kimi torpaqlarımızdan qovarıq, qovduq da! Ancaq heç də həmin it kimi qovulan erməni çaqqallarından geri qalmayan, özlərini xalqa "vətənpərvər" kimi təqdim edən radikal müxalifət – AXCP-"Milli Şura" müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər. Bu gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər unutmamalıdır ki, vaxtı ilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağı və ətraf rayonları itirmişdir. Bu gün Azərbaycan Prezidenti xalqımıza böyük ağrılar yaratmış həmin səhvləri yüksək siyasi iradəsi, mətinliyi, yüksək diplomatik səriştəsi ilə aradan qaldırdı. Radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də xəyanət və riyakarlıq yolunu tutur.
Bu gün 44 gün ərzində bu həsrətə son qoyan Ali Baş Komandanımızın “dəmir yumruq” siyasəti ilə Qələbəmizə hansı cürətlə kölgə salmaq istəyirsiniz?
Ancaq bu satqınlar bilməlidirlər ki, Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi bilir və özünün yaxşı bildiyini də bir daha nümayiş etdirdi. Bu Qələbə azərbaycanlılar haqqında «məğlub xalq» sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Bu isə, Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının nəticəsidir. Bu reallığı heç vaxt anlamayan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayılova, Qənimət Zahid, Leyla Yunus, Vidadi İskəndərli... bu kimi sosial şəbəkə virusları bilməlidirlər ki, Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək. Və Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Ə.Kərimli və onun kimilərin əsassız iddiaları isə xalqın gözündə heç bir dəyəri olmayan bu ünsürlərin son çırpınışlarıdır. Ölkəmizin başçısının mütəmadi olaraq hərbçilərin sosial vəziyyəti ilə bağlı imzaladığı sərəncamlar bu ünsürlərin bəd niyyətlərini alt-üst edir və bundan sonra da edəcək. Və tarixin zibilliklərinə atılan Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayılova, Qənimət Zahid, Leyla Yunus, Vidadi İskəndərli... kimilər bilməlidirlər ki, xalq üçün radikal müxalifət deyilən bir «varlıq» mövcud deyil! Çünki əsl həqiqət o bayraqda və onu oraya sancan vətənpərvərlərdədir!
Prezident İlham Əliyevin dediyi kimi: “Heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz!”. Bəli, xalqımız öz müdrikliyi ilə bundan sonra da dövlətimizin başçısının ətrafında sıx birləşəcək.

sia.az

Digər xəbərlər