PDF Oxu

Siyasət

  • 3 077

Sülh razılaşması üçün Kreml Ermənistana təsir edəcək SİYASİ ŞƏRH

Sülh razılaşması üçün Kreml Ermənistana təsir edəcək SİYASİ ŞƏRH

Yuri Mavaşev: “Destruktiv elementlərə yol açılmamalıdır”

Bəlli olduğu kimi, Türkiyədə Rusiya və Türkiyə XİN rəhbərləri – Sergey Lavrovla Mövlud Çavuşoğlunun görüşləri keçirilib. Bu görüşdə əsasən, Cənubi Qafqaz regionu, həmçinin Qarabağla bağlı məsələlərə toxunulub. XİN rəhbərlərinin rəsmi görüşlərinin protokol qaydaları çərçivəsindən çıxmaqla qalstuksuz keçirilməsi isə tərəflərin qarşılıqlı səmimiyyətinin göstəricisi olaraq qiymətləndirilə bilər.
Bundan əlavə, Türkiyədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin XİN rəhbərləri şurasının da növbəti iclası keçirilib. İclasda çıxış edən Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov növbəti dəfə Ermənistanla münasibətlərin normallaşdırılması marağından danışıb və bunun üçün ölkələrin suverenliklərinin, ərazi bütövlüyünün tanınmasının, beynəlxalq səviyyədə toxunulmazlığının vacibliyi barədə fikirərini bəyan edib.
Üçtərəfli bəyanatda RF-nın prezidenti Vladimir Putinin də imzası mövcuddur
O, eyni zamanda xatırladıb ki, üçtərəfli bəyanatın realizə olunması əhəmiyyətlidir. Bu cür yanaşma Rusiya üçün də mühümdür, çünki üçtərəfli bəyanatda RF-nın prezidenti Vladimir Putinin də imzası mövcuddur.
Təbii ki, Türkiyə tərəfi də həmin cəhətdən çıxış edir və Ermənistanın sülh müqaviləsinə imza atması vacibliyinin regionun inkişafı üçün əhəmiyyət kəsb etdiyini qeyd edir. Belə ki, bu, həm də nəqliyyat dəhlizlərinin açılması baxımından nəzərdə tutulan işləri asanlaşdırır.
Yeri gəlmişkən, nəqliyyat dəhlizlərinin blokadadan çıxarılması barəsində RF XİN rəhbəri Sergey Lavrov da danışıb. O, regionda çoxplanlı iqtisadi əməkdaşlığın irəliləməsi barədə fikir bildirib, ölkələrin, xüsusilə Türkiyə və Rusiyanın qonşu dövlətlər olaraq səmərəli fəaliyyətlərinə toxunub.
Güclü erməni lobbisi Rusiyanın siyasi sisteminə çoxdan və dərin şəkildə nüfuz edib
SİA xəbər verir ki, Rusiyanın müasir Türkiyənin öyrənilməsi Mərkəzinin direktoru Yuri Mavaşev sözügedən proseslər barədə analitik şərhini verib. Onun rusdilli caliber informasiya analitik mərkəzinə verdiyi şərhində bildirilir ki, Qarabağ məsələsində Moskva ilə Ankaranın partnyor olmaları ətrafında verilən suallar Rusiyadakı siyasi güclərin münasibətindən də asılıdır. “Yaxşı məlumdur ki, bizim ölkədə kifayət qədər güclü erməni lobbisi var və onlar ölkənin siyasi sisteminə çoxdan və dərin şəkildə nüfuz edib”, deyən Mavaşev qeyd edib ki, əsasən, siyasi güc mövqelərində liderlər dayanırlar və bəzi siyasətçilər erməni lobbisi ilə yaxın münasibətdədirlər: “Bu kontekstdə həlledici məsələ Zəngəzur dəhlizinin açılışı, həmçinin, regionda dəmir yollarının blokadadan çıxarılması perspektividir. Və mənim anlamımda burada həm rus, həm də türk tərəfləri maraqlıdırlar”.
Rusiya prezidenti Vladimir Putin üçün Bakının mövqeyi qəbulediləndir və bəzi istiqamətlərdən isə, hətta əsaslıdır
“Nəqliyyat dəhlizlərinin açılması istiqamətində razılaşmanın əldə edilməsi üçün Ermənistana birgə təzyiq mümkünlüyü mümkündürmü?”, sualını da cavablandıran müasir Türkiyənin öyrənilməsi Mərkəzinin direktoru hesab edir ki, Rusiya prezidenti Vladimir Putin üçün Bakının mövqeyi qəbulediləndir və bəzi istiqamətlərdən isə hətta əsaslıdır: “Sülh razılaşmasının əldə olunması üçün Kremlin Ermənistan rəhbərliyinə təsir edəcəyini istisna etmirəm. Hər kəsə aydındır ki, bu, həm sülh üçün, həm də regionun bütün ölkələri üçün həyati əhəmiyyətlidir. Bu müharibədə yağlı nöqtənin qoyulması vacibdir. Hələlik, bu, nöqtə və vergüldür”.
Regiondan kənar oyunçularının təsirləri olmamalıdır
Mərkəz direktoru bildirib ki, istənilən halda Ermənistandakı seçkilərin nəticəsi və Nikol Paşinyanın partiyasının qalib gəlməsi və onun özü, Şuşa bəyannaməsi, eləcə də Bakının İrəvanla sülh müqaviləsi imzalamağa hazır olduğunu nümayiş etdirməsi Cənubi Qafqazı keyfiyyətli şəkildə dəyişir.“Bütün sağlam qüvvələr konstruktivlik mənasında bu situasiyadan yararlanmalıdırlar ki, destruktiv elementlərə yol açılmasın. Xüsusilə, söhbət regiondan kənar oyunçularının təsirlərindən gedir”, Yuri Mavaşev deyib.

sia.az

Digər xəbərlər