Siyasət

  • 1 493

Siyasət və siyasi məsuliyyət: Günümüzün aktual problemi kimi

image

Sənan Həsənov

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Siyasətşünas alim siyasi məsuliyyyətin və siyasi peşəkarlığın elmi əsasları haqqında yazır

Siyasət praktiki və nəzəri baxımdan cəmiyyətin ictimai düşüncə tərzinin bilavasitə ayrılmaz hissəsi kimi cox qədim tarixə malikdir. Ancaq bu fəaliyyət bötüvlükdə cəmiyyətə, ictimai həyata verdiyi töhfəyə görə dəyərləndirilir. Onun reallaşmasında rola sahib olan insan müdrikliyin və əqli təfəkkürün gücünə malik deyilsə o əslində cəmiyyətə zərərli olduğu qədər də təhlükəlidir. Cünki siyasət idarəetmə sənəti kimi cəmiyyətin inamına, etimadına əsaslanan böyük insan kütləsinin tale məsələsini öhdəsinə götürür. Siyasət müdriklik sənəti kimi eqoizmdən, avantüradan tamamilə uzaq olub cəmiyyətin arzu və düşüncələrinə cavab verən hədəflərin idarəetmə ilə vahid harmoniyasını yaratmalıdır. Təəssüflər olsun ki, belə dərin məsuliyyəti dərk etmədən bir sıra həvəskarlar bu peşə ücün can atırlar yaxud cəmiyyətdə manipulyasiya və ücüz nüfuz qazanmaq uğrunda sanki marafon yürüşü arzusuna düşürlər. Belə təfəkkür tərzi hətta deyərdim ki, insanları, cəmiyyətləri, geniş miqyasda isə bəşəriyyəti ağır duruma salır, cox vaxt xalqlar və millətlər üçün böhran və fəlakətləri artıran ciddi amilə çevrilir.

Acınacaqlıdır ki, hələ də belə halları bəşəriyyətin taleyi ilə oynayan qüvvələrin fəaliyyətində acıqca görmək mümkündür. Zənnimizcə, ölkələrin milli təhlükəsizliyinə olan təhdidlər və həlli cətin vəziyyətə düşmüş əksər qlobal problemlər belə zərərli fəaliyyətin nəticəsidir. Demək tamamilə yerinə düşür ki, İlham Əliyev xarizmatik lider kimi dünya miqyasında yeni siyasətçi obrazına malik olmaqla, müdriklik termininin müasir siyasətdə mənasını dolgunlaşdırıb və naşı siyasətciliyin müəlliflərinin düşünclərini demək olar ki, darmadağın edib. Məsələn, siyasətdə özünəməxsus xarizması ilə secilən İlham Əliyev bəşəri əhəmiyyətli problemləri şərh edərək demişdir ki, dünyada insan haqlarına olan münasibət, işğalçılıq, seperatizm, ayrıseckilik, ikili standartlar bəşəriyyətin təhlükəsizliyinə təhdiddir. Yaxud insan təfəkküründə formalaşmağa məhkum olan, lakin yadlaşma prosesinə məruz qalan mültukulturalizm, toleriantlıq ənənələrinin bərqərar olması bəşəriyyətdə birgəyaşayış, sülh və əməkdaşlıq üçün alternativsiz yoldur. Azərbaycan bu sahədə örnək olan addımlarını və onların nəticələrini də praktiki baxımdan nümünə olaraq göstərdi. Ancaq “geosiyasi realizm” doktrinasını rəhbər tutan böhranlar yaratmaq ənənəsindən, vərdişindən uzaqlaşa bilməyən bəzi siyasi oliqarxlar bunu dərk etmədilər və hələ də dərk ermək istəmirlər. Qəribə burasındadır ki, bir cox müasir siyasi nəzəriyyəcilərin bu doktirinaya obyektiv münasibətinin olmaması əksinə məsələn ABŞ-ın beynəlxalq siyasətini müəyyənləşdirən, Nobel mükafatı laureatı (1973) Henri Kissincerin timsalında müdafiə edilmə tendensiyası biz təqdiqatclarda ikrah hissi doğurmaya bilməz. Fikrimizcə, bu kimi nəzəriyyəçilərin təfəkküründə yaranan sterotiplər və ənənəvi Qərb yanaşması tarixi təkamülün hazırkı mərhələsində Azərbaycanın konseptual siyasi iradəsinin gücü ilə siyasi nəzəriyyəçilərə yenidən düşünməyin zəruri olduğunu anlatmış oldu. Azərbaycanın yaratdığı reallıqların hazırkı dünya nizamında sabitlik və inkişaf ücün real və analoqsuz model olduğunu kim inkar edə bilər?

Əslində Prezident İlham Əliyevin postmüharibə dövründə Azərbaycanın iradəsini ifadə edən yeni reallıqların beynəlxalq aləm ücün əhəmiyyətini şərh edən nəzəri praktiki baxışlar sistemi məsələdə əlavə suala yer qoymamışdır. Cünki, Prezident İlham Əliyevin regional və qlobal siyasətin prinsiplərinə baxışlar sistemi bütövlükdə beynəlxalq hüququn ədalətlilik paradiqmasının mərkəzinində özünə yer tutur. O, 2021-ci il martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən demişdir: “Mən artıq açıq şəkildə demişəm ki, biz öz vəzifəmizi tamamlamışıq. Əraziləri azad etmişik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in qərarlarını icra etmişik. Beləliklə, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik”. Daha əvvələ nəzər salsaq görərik ki, Prezident İlham Əliyev 15 fevral 2020-ci il tarixdə Münxen Təhlükəsizliyi Konfransı cərcivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirənin kecirilməsi zamanı tarixi ədalətsizliklərin nəticələrinə və real həqiqətlərin beynəlxalq aləmə sübut olunması istiqamətinədə cox mühüm mənbələri gündəmə gətirməklə Azərbaycanın yeni reallıqlara dair mövqeyini ortaya qoymuşdur. Yaxud 28 oktyabr 2020-ci ildə Rusiyanın “İnterfaks” agentliyinə verdiyi müsahibədə regionda dözülməz vəziyyətə gətirib cıxaran ikili standartların Azərbaycanın iradəsi ilə qarşısının alınmasına yönələn qətiyyəti ifadə etdi.

Həmin müsahibədə həm də siyasi məsuliyyətin bu gün dünyada cox böyük qlobal əhəmiyyət kəsb etdiyini şərh edərək demişdir: “Artıq 17 ildir ki, mən bu barədə danışıram, vasitəçilər də bunu bilirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri mənim mövqeyimi bilirlər. Bu illər ərzində mən neçə həmsədrin dəyişdiyini, həmsədr qismində neçə diplomatın dəyişdiyini artıq xatırlamıram. Lakin onlar hamısı təsdiq edə bilər, mən həmişə demişəm ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum olmayacaq. Üstəlik, əgər baza prinsiplərinə nəzər salsaq, orada da referendum sözü yoxdur. Orada iradə ifadəsi ilə bağlı, təyini-müqəddərat ilə bağlı müəyyən ifadələr var. Lakin biz həmişə demişik ki, bəli, təyini-müqəddərat beynəlxalq hüququn mühüm prinsipidir, ancaq o, ölkənin ərazi bütövlüyünü poza bilməz. İkincisi, ölkənin ərazi bütövlüyü həmin ölkənin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də indiki halda bir müsahibəmdə dediyim sözlər mənim mövqeyimi tamamilə əks etdirir, bu, sirr deyil. Təbii ki, mən indi də eyni mövqedəyəm, biz Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verməyəcəyik. Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy, öz ərazisinin bir hissəsində yaratsın”. Azərbaycan Prezidentinin məsələyə ədalətli yanaşmalarının nəticəsi isə onu sübut etdi ki, siyasət meydanda tənəzzülə səbəb olan hər bir əmələ görə real tarixi faktların gündəmə gəlməsi və bu neqativ hallara görə cavab verilməsi qaçılmazdır. Buna görə də İlham Əliyevin siyasi iradəsində və müdrikliyində təsdiqini tapmış baxışlar sistemi siyasət elmində ayrıca bir istiqamət olaraq öyrənilməlidir.

Bu gün bir çox siyasi nəzəriyyəçilər beynəlxalq münasibətlər sisteminin yenidən qurulması zərurətinin olduğunu iddia edir. Bu fikirlərə səbəb təbii ki, dünyadakı qlobal problemlərin ifrat dərəcəyə catması və onun qarşısının alına bilməməsidir. Reallıqda hazırda bəşəriyyət buna daha yaxındır. Lakin ən vacib məsələ odur ki, yeni sistemin rekonstruksiyası, onun məzmun və mahiyyəti geosiyasi güclərin indiki vəziyyətində nə dərəcədə daha yaxşını ifadə edəcəyinə əminlik yoxdur. Axı beynəlxalq münasibətlərin və hüququn gücü siyasi oliqarxlarla mübarizədə mövcud qlobal problemləri həll etməyib, əksinə ziddiyyətləri daha da dərinləşdirib. Açıqca görünən odur ki, Azərbaycan və Türkiyənin bugünkü geosiyasi tarazlıq siyasəti yeni dünya nizamı üçün analoqu olmayan real konsepsiyadır. Çünki Qərb müəlliflərinin timsalında mərhum Zbiqnev Bjezinskinin “Amerika milli maraqlarının prioritetliyi”nə rəğmən iddia etdiyi və “Böyük şahmat taxtası” (1997) kitabında Amerikanın başçılığı və onun geostrateji imperativləri”! kimi yanaşmada etdiyi işarələr əslində yeni reallıqları düşünərkən bizdən daha çevik manevrlər və məsuliyyət tələb edir. Yəni ümumi sülhə,sabitliyin təmin edilməsinə nail olmaq, səfalətin və vandalizmin qurbanına çevrilməkdən insanları necə xilas etmək kimi zəruri çağırışlara bu müəlliflərin fikirləri nə dərəcədə yaxındır?. Tarixi təcrübədən irəli gələn nəticələr hələ çox sualları cavabsız qoymuşdur. Belə olan halda tarixi təkamülün indiki vəziyyəti Azərbaycanın etdiyi çağırışlara müraciəti yenidən gündəmə gətirir. Azərbaycanın Vətən müharibəsinin prioritetləri, siyasi liderin iradəsi, xalq –lider birliyinin müharibədən doğan sülh siyasətinin beynəlxalq siyasi oliqarxlara anlatdığı fəlsəfənin mahiyyətinə varmaq isə qacılmazdır. Çünki Azərbaycanın dünyada bu kimi hallara son qoyulması naminə apardığı mübarizə sabitliyin qarantı ücün yeni reallıqdır. Halbuki ayrı-ayrı aparıcı dövlətlərin mövcud lobbi və maliyyə oliqarxları uzun illərdir ki, münaqişələrin dondurulmasından qazanc götürüb, milyonlarla günahsız insanlar isə səfil, qaçqın həyatı yaşayiblar. Azərbaycan və Türkiyə faktiki olaraq belə qeyri-insani ənənənin darmadağın edilməsini göstərmədimi? Əlbəttə indi düşünmək lazımdır ki, belə qlobal şəbəkənin dağıdılması nə qədər dərin düşüncələrin, möhkəm iradənin və böyük risklərin sayəsində mümkün olub. Axı daxili və xarici amillərin təsir imkanlarından istifadə edərək Azərbaycan dövlətciliyini dağıtmaq planı bir sıra beynəlxalq gücləri həmişə düşündürüb. Onların irdəsini sındırmaq nə qədər asan ola bilərdi?..

Daxili siyasət milli maraqların ifadəcisidir

Daha vacib məsələ bütün bu təhlükəli tendensiyaları zərərsizləşdirmək ücün aparılan daxili siyasətin legitimliyini, onun ideoloji və milli hədəflərinin düzgün dərkidir. Azərbaycanın sülh strategiyasından irəli gələn Vətən müharibəsi bir tərəfdən xalqın qəhrəmanlıq əzmini, onun mübarizliyini göstərdisə o biri tərəfdən milli maraqlarımızın ifadəsini həyata kecirən siyasətin xalq tərəfindən layiqli qiymətini aldığunu sübut etdi. Azərbaycan tarixinin bu mərhələsi ardıcıl islahatlarda hədəflərə tam nail olma dövrü kimi ona görə şərtlənməlidir ki, daxili siyasət sosial sferanın bütün tələblərini effektli şəkildə təmin edə bilmişdir. Bu vətəncilik anlayışında vahid milli ideologiyadan doğan milli özünündərk prosesinin şüurlu şəkildə tam dərkinə nail olmağın nəticəsidir. Bu isə cəmiyyətin sabitliyinə hədəflənmiş uğurli islahatların ideoloji baxımdan milli effektliliyinin nəticəsində mümkün ola bilən prosesdir. Təcrübə göstərir ki, milli özünüdərkin ən mühüm elementi kimi yaradılan milli ideologiyanın xalqın milli potensialı ilə vəhdətini daxili siyasətin legitimliyindən kənarda təsəvvür etmək mümkün deyildir. Vətən müharibəsi xalqımızın milli ideologiyaya əsaslanan milli gücünün ifadəsini ümumxalq iradəsinin ayrılmaz hissəsi olduğunda göstərdi. Bu yalnız daxili siyasətin möhkəm sosial bazasının göstəricisi idi.

Siyasətdə qeyri-peşəkarlıq uğursuzluğa məhkumdur

Dünyaya nəzərən mövcud siyasi situasiyanın təhlili göstərir ki, İlham Əliyevin ölkədə çevik idarəetmə və praqmatik siyasi sistemin qurulmasındakı fəaliyyəti öz legitimliyini artıq təsdiq edib. Cəmiyyətdə proseslərə yanaşmalar müxtəlif ola bilər, lakin bu siyasətdə milli maraqların və hədəflərin qeyri peşəkarlığına dair söylənən hər hansı fikirlər absurddur və hec bir əsası yoxdur. Azərbaycan siyasi səhnəsində az-cox bu proseslərdən anlaşıqlı olan şəxs dərk edir ki, “ağı qara görmək” əqidəsində yaşayan fiqurların fikirlərini cəmiyyətin qəbul etməsi mümkün deyil. Çünki onların qiymətini tarix verib və belə fikirlər öz dövrünü başa vurub. Odur ki, siyasət hər kəsin peşəsi ola bilməz. O, fitri istedadın, idaretməyə dair xüsusi biliklərin bir arada birləşdiyi mürdiklik sənətidir. Cəmiyyətin inkişafı naminə saglam düşüncə və ani qərar qəbul etmə , insanları bu məramla öz ardınca apara bilmək məharəti bu sənətin əsas kateqoriyasıdır. Yalnız peşəkarlar onu insanlara sevdirə bilər, nadan oyunbazlar isə ona “yaxınlaşmaqla” öz mahiyyətini üzə çıxarırlar. Deməli, siyasət həm də cəmiyyətin idarə edilməsində rola malik olan fərdlərin və şəxsiyyətlərin qiymətini vermək üçün mühüm ölcü vahididir, həyat məktəbidir. Burada özünü ləkləyənlərin geriyə dönüşü yoxdur. Bu gün siyasətlə məşğul olmaq istəyən, lakin öz yerini burada tapa bilməyən bəzi “siyasətçilər” ədiblərimizin nadan məlunlara tuşladıqları gülünc hədəfləri xatırladır. Azərbaycan siyasi səhnəsində belə vasitələrlə reputasiya qazanmğa yönəlmiş insanları uzaqlaşmağa çağırıram. Çünki təcrübə göstərir ki, belə fəaliyyət siyasi naşılıqdan doğan avantüradan başqa bir sey deyil.

Digər xəbərlər