Siyasət

  • 1 902

Bəlkə yetər..?! TƏRS BAXIŞ+ÖZƏL

image

Möhtəşəm zəfər günümüzün başlandığı tarix də yaxınlaşır, sayılacaq günlər qalıb...

“...Qarabağın Martuni bölgəsinin Maçkalaşen icması ərazisindəki Azərbaycan hərbçiləri irəliləyərək neytral zonada mövqe tutublar. Sakinlərin və icma başçısının atdığı addımlar nəticəsində hadisə yerinə gələn rus sülhməramlıları azərbaycanlılarla aparılan danışıqlardan sonra onları əvvəlki mövqelərinə geri qaytarmağı bacarıblar. Ancaq Azərbaycan hərbçiləri şərt qoyublar: Amaras məbədində separatçıların bayrağı endirilməlidir”.SİA xəbər verir ki, bunu Ermənistanın “Hraparak” nəşri yazıb. Söhbət isə Azərbaycan Respublikasının Xocavənd rayonunun Cütçü kəndi yaxınlığındakı qədim əcdadlarımız xristian albanlara məxsus olmuş Amaras məbədindən gedir. Yəni bu məbədin ermənilərə heç bir aidiyyatı olmayıb və yoxdur. Tarixi faktlardan da aşkar etmək olar ki, hələ Çar Rusiyası imperiyası dövründən həmin kəndə köçürülmüş ermənilər Amaras məbədini ələ keçirməklə onu erməniləşdiriblər və nəticədə son 30 ildə həmin abidənin üzərinə separatçı-terrorçu rejimin əski parçasını asırlar. 10 noyabr üçtərəfli razılaşmasından bəri Cütçü kəndi kimi Amaras məbədi də müvəqqəti olaraq Rusiyanın sülhməramlı kontingentinin (RSK) nəzarətinə verilib. Lakin həmin gündən bəri Azərbaycan tərəfi bir neçə dəfə adıçəkilən qədim monastırın üzərindəki ermənilərin əski parçalarını endirtməyə nail olsa da, separatçı ermənilər öz əski parçalarını yenidən məbədin üzərindən asaraq onu murdarlayıblar.
Rus generalı Yeqorovun həyasızlığı: O, separatçıların əski parçalarının yerinə Ermənistan bayrağını asmağı əmr edib (?!)
Maraqlıdır ki, Cütçü kəndinin qeyri-qanuni və separatçı “icma rəhbəri” Lernik Avanesyan isə Azərbaycan ordusu tərəfindən əski parçasının endirilməsi tələbinin irəli sürüldüyünü təsdiqləyib. O, eyni zamanda hadisə yerinə gəlmiş Yeqorov soyadlı (adı məlum deyil) rus generalının da erməni hərbçilərə üzdəniraq “bayrağı” endirməyi təklif etsə də, sonrakı təklifi, ümumiyyətlə, yersiz olub. O, separatçıların əski parçalarının yerinə Ermənistan bayrağını asmağı əmr edib (?!)"Hələ oraya getməmişəm, bilmirəm, Azərbaycan hərbçiləri öz yerlərinə çəkiliblər, yoxsa yox. Amma rus generalın belə şeylər dediyini eşitdim"- deyə L.Avanesyan bildirib.RSK-nın Qarabağa dəvət olunması günündən başlayaraq orada özbaşınalıqlar, məsuliyyətsizliklər və sözün əsl mənasında, aşkar həyasızlıqlar nümayiş etdirmələri artıq Azərbaycanın ictimai rəyini haqlı olaraq qıcıqlandırmağa başladıb. General Yeqorov adlı birinin separatçıların əski parçalarınınn endirilməsi tələbindən sonra Ermənistan bayrağının qaldırılması fikirləri isə RSK-nın ümumiyyətlə, hansı vəzifələrə məsul olduqlarını ya anlamadıqlarını, ya da qəsdən belə etdiklərini nümayiş etdirməkdədir.
Yeqorov soyadlı rus generalı Bakı qarşısında həmin əməlinə görə hesabat verməlidir, ən azından isə RSK komandanlığı bu məsələni araşdırmalıdır!
Əgər həqiqətən də belədirsə (buna isə şübhə belə yoxdur!), onda Yeqorov soyadlı rus generalı Bakı qarşısında həmin əməlinə görə hesabat verməlidir, ən azından isə RSK komandanlığı bu məsələni araşdırmalıdır!Bu insident həm də Azərbaycanın suveren ərazilərinə açıq-aşkar təhdid məramıdır və o cümlədən, üçtərəfli bəyanatın digər bəndləri ilə yanaşı, tələb edilən 4-cü bəndinin də reallaşdırılmamasının göstəricisidir. Bəs nə etməli idi adıçəkilən Yeqorov?
O, Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin ərazidən çıxmalarını, bu ərazilərin Azərbaycanın olduğunu bildirməli və sonrakı tədbirlərlə bağlı komandanlığı ilə məsləhətləşmələr aparmalı idi. Amma göründüyü kimi, rus generalı bunu etməyib, əksinə, dövlətimizin ərazi bütövlüyünə qarşı həyasız davranışını nümayiş etdirib.Sonuncu sual isə budur: bəlkə yetər? Bəlkə bəsdir? Bəlkə bu alçaq və şərəfsiz erməni quldurlarının birdəfəlik torpaqlarımızdan rədd edilmələri üçün antiterror əməliyyatlarının başlanılması üçün zaman yetişib? Və bəlkə rusların özbaşınalıqları və həyasızlıqlarının qarşısının alınması üçün qəti qərar verilməli və yekun addım atılmalıdır..?!

Rövşən RƏSULOV
P.S. Yeri gəlmişkən, möhtəşəm zəfər günümüzün başlandığı tarix də yaxınlaşır, sayılacaq günlər qalıb...

sia.az

Digər xəbərlər