Siyasət

  • 1 824

Azərbaycan əks əməliyyatların keçirilməsi hüququnu öz üzərində saxlayır QHT RƏSMİSİ ŞƏRH ETDİ

image

Ermənistanın təxribatları bir neçə istiqamətdə gedir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Demokrayiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.QHT rəsmisi qeyd edib ki, ermənilər siyasi təxribatlar aparırlar, hüquqi müstəvidə təxribatlar törətmək üçün ora-bura şikayətlər edirlər, rəsmi müraciətlər edirlər və bildiyimiz kimi, son olaraq onlar irqi ayrıseçkiliyi əsas götürərək BMT-nin hərbi məhkəməsinə də müraciət ediblər.“Qarabağda sülhməramlıların hələlik nəzarəti altında olan ərazidə ermənilər müəyyən təxribatlar törədirlər. Həmçinin, Laçın dəhlizindən icazəsiz Ermənistan rəsmilərinin, xarici ölkələrin rəsmilərinin, qeyri-rəsmilərin və bu günlərdə Fransanın bir neçə dırnaqarası hüquq müdafiəçisinin Xankəndinə gəlişinə şərait yaradıblar. Bunlar hamısı Rusiya sülhməramlılarının bilavasitə razılığı ilə, susqunluğu ilə, guya ki, görməməzliyi ilə həyata keçirilir və belə hesab edirəm ki, bu təxribatların qarşısının alınması, ilk növbədə Qarabağda baş verən təxribatların qarşısının alınması üçün Rusiya sülhməramlıları 9 noyabr anlaşmasında nəzərdə tutulan öhdəliyi tam yerinə yetirməlidir və bu öhdəliyin ilk prinsipləri də o zaman pozuldu ki, həmin anlaşmaya görə, Rusiya sülhməramlıları ilə Ermənistan hərbi birləşmələrinin Qarabağdan çıxarılması Rusiya sülhməramlılarının isə həmin əraziyə yerləşməsi eyni gündə baş verməli idi. Bu isə baş vermədi. Nəinki onların çıxarılmaması, hətta noyabrın 27-də Ermənistandan bir qrup təxribatçı diversant hərbçilərin Qarabağa gətirilməsi, sonradan Azərbaycanın xüsusi xidmət orqanları və ordusu tərəfindən əməliyyatlar nəticəsində həbs edilmiş 62 nəfər terrorçunun tutulması, bütün bunlar hamısı onu göstərir ki, Rusiya tərəfi üzərinə düşən öhdəliyi yerinə yetirmir. Onun öhdəliyi nə idi? Öhdəlik iki xalq arasında, xüsusilə Qarabağda yaşayan ermənilər və azərbaycanlılar arasında sülhün bərqərar olmasına xidmət etmək idi. Amma, onlar elə ilk gəlişlərindən başladılar erməni xalqına yardımlar göstərməyə, orada yerləşən ermənilərin sayının artırılması üçün İrəvandan avtobuslarla oradan gedən əhalini geri daşımağa, onlar üçün müəyyən təmir işləri görməyə, məktəblər açmağa və son olaraq biz gördük ki, onlar daha çox erməninin məskunlaşması istiqamətində iş aparırlar, nəinki Azərbaycanın bu ərazilərdən köçkün düşmüş, qaçqın olmuş bizim soydaşlarımızın oraya gətirilməsi ilə bağlı heç bir maraqlı addımlar atmırlar. Yəni, bu bir təxribat, hansıki, Qarabağ ərazisində Rusiya sülhməramlılarının xeyir-duası ilə reallaşdırılır və bunun qarşısının alınması üçün də mütləq Rusiyanın burda həmən protokola, razılaşmaya uyğun Ermənistan tərəfinə ciddi təpkisi lazımdır.Siyasi təxribatlar da gedir və bunun da xeyir-duasını mən hesab edirəm yenə də Rusiya tərəfinin razılığı ilə, bilavasitə iştirakı ilə alırlar. Ermənistan ordusunun yenidən dirçəldilməsi ilə, modernləşdirilməsi ilə bağlı Rusiyanın açıqlamaları, mən elə hesab edirəm ki, sülhə xidmət etmir. Ermənistanın öz qonşu dövlətlərinə qarşı həmişə təcavüzkar planı olub. Onların Türkiyədən ərazi iddiası var, Azərbaycanla müharibə etdi və onun ordusunun dirçəldilməsi regionda sülhə xidmət etmir. Yenə də bunun açarı, mən elə hesab edirəm ki, Rusiyadadır və Ermənistan hərbçilərinin, eyni zamanda siyasilərinin sərsəm bəyənatları, elə bu günlərdə Paşinyanın Ermənistanın dırnaqarası müstəqilliyinin 30 illiyi ilə bağlı tədbirdə Artsax və Ermənistan Respublikası, iki erməni respublikası varsa, şəhidlərimiz ölməyib deyə sərsəm açıqlaması yenə də sülhə xidmət etmir. Mən yenə də belə hesab edirəm ki, diplomatik xətlə Rusiya onları başa salmalıdır. Təbii ki, təkcə Rusiya yox, Ermənistanın arxasında duran ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Amerika da, Fransa da. Yəni, bölgədə sülhü istəyən qüvvələr bunu etməlidir, deyə fikrimi formalaşdırıram, amma əks təqdirdə bu təxribatlar daha çox həyasızlaşacaqsa və daha çox Azərbaycan tərəfini qəzəbləndirəcəksə, Azərbaycan öz ərazisində bu təxribatların qarşısını almaq üçün əks əməliyyatların keçirilməsi hüququnu da öz üzərində saxlayır.Biz müharibə istəmirik. Ermənistana bu müharibədə kifayət qədər dərs verə bildik, torpaqlarımızı ermənilərin işğalından azad edə bildik. Belə hesab edirəm ki, indən sonra da Ermənistanın və ermənilərin, Xankəndində və digər ərazidə, azacıq ərazidə yerləşən ermənilərin müharibə iştahı, təxribat iştahı, sərsəm açıqlamaları və lazımsız, sülhə xidmət etməyən addımları, başda bizim ordumuz, hüquq-mühafizə orqanları, təhlükəsizlik xidməti, Daxili İşlər Nazirliyi və digər Azərbaycanın güc strukturları tərəfindən Ali Baş Komandanın göstərişi ilə və səyi nəticəsində qətiyyətlə alınmalıdır. Azərbaycan bu məsələlərdə hərhansı bir güzəştə getməməlidir. Çünki, hər bir güzəştin dalınca daha çox onlar üçün həyasız addımlar, tələblər, şirnikləndirilmiş fikirlər ortaya çıxır və yeri gəlmişkən, çox təəssüf edirəm ki, islam dövləti olan İranı Ermənistanın yanında görürük. Bununla bağlı çox söhbət etmək olar və hesab edirəm ki, bir fikrim mənim bu məsələdəki mövqeyimi əks etdirdi.Yenə də Azərbaycan öz gücünə, dostlarının gücünə, qətiyyətli mövqeyinə və beynəlxalq hüquqa, BMT-nin 51-ci nizamnaməsinə uyğun olaraq tiroaqlarını işğaldan, işğalçılardan azad etmək prinsipi ilə lazım gəlsə əks əməliyyatlar, təxribatların qarşısının alınması üçün əks əməliyyatlar keçirə bilər”, deyə Çingiz Qənizadə bildirib.

sia.az

Digər xəbərlər