PDF Oxu

Siyasət

  • 531

YAP Samux rayon təşkilatında partiya veteranı ilə görüş keçirilib - FOTOLAR

image

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı tərəfindən uzun illər rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərmiş partiya veteranı Məmmədhəsənova Hakimə Niyaz qızının 70 illik yubileyi münasibətilə görüş keçirilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür arzulayıb. O, partiya veteranlarının Ümummilli Lider Heydər Əliyev ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə fərqləndiklərini deyib.

Yubilyar göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının və uzun illər partiyanın təbliğatındakı fəaliyyətinin onun üçün böyük qürur olduğunu söyləyib.

Sonda yubilyara partiya dəyərlərinin təbliğində aktiv iştirakına görə rayon təşkilatı tərəfindən qiymətli hədiyyə təqdim olunub.

Digər xəbərlər