PDF Oxu

Siyasət

  • 1 783

YAP Masallı rayon təşkilatının layihəsi davam edir - TƏDBİR

YAP Masallı rayon təşkilatının layihəsi davam edir - TƏDBİR

YAP Masallı rayon təşkilatı "Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə dəstək" layihəsi çərçivəsində rayonun Yeddioymaq və Xoşçobanlı kəndlərindən olan şəhid, baş leytenant Əlimərdan Quluzadə Fəttah oğlu və şəhid Musa Mustafayev Əlövsət oğlunun anım günündə məzarını ziyarət edib, ailələri ilə görüşüblər. SİA-nın məlumatına görə, görüş zamanı YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, 44 günlük müharibə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və iradəsi ilə müzəffər ordumuzun gücünü, xalqımızın birliyini dünyaya göstərdi. Azərbaycanın igid əsgər və zabitləri Vətən müharibəsində elə bir şanlı tarix yazdılar ki, bu qəhrəmanlıq dastanı Azərbaycan var olduqca yaşayacaq, gələcək nəsillər tərəfindən öyrəniləcək və şəhidlərimizin əbədiyaşar xatirələri daima yad olunacaqdır.Seyfəddin Əliyev, həmçinin bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə hər zaman diqqət və qayğı göstərilir. Şəhid ailələrinin üzvləri də dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirblər. Allah Vətən torpaqlarının azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!

R.HÜSEYNOVA

sia.az

Digər xəbərlər