"Türkiyə İran sərhədinddə beton divarın tikintisinə uzun müddətdir başlayıb. Və bu beton sədd xeyli ərazini, artıq 70 kilometr ərazini tutub. Təbii divarın çəkilməsində əsas məqsəd Türkiyə-İran sərhədində vəziyyəti ələ almaqdır. Artıq çəkilən beton sərhəd içərisində kameralar quraşdırılıb. 24 saat vertolyotlarla nəzarət var". Bunu SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.Onun sözlərinə görə, bunun səbəbinə gəldikdə, əsas səbəb İran vasitəsilə Əfqanıstandan Türkiyəyə gələn qaçqın axının qarşısını almaqdır. Çünki milyona yaxın Əfqan qaçqının Türkiyyə gəlmək ehtimalı vardı ki, Türkiyə hazırki vəziyyətdə bunu qaldıracaq qüvvədə deyil. Üstəlik bunların arasında terrorçuların olub-olmaması da hələ sual altındadır. Bundan əlavə həmin ərazidən PKK terrorçularının, yəni İranda yaşayan PKK terrorçuları ki var, onlar İranın şimal-şərq hissəsini daha çox əhatə edir. Onlar Suriya-Türkiyə sərhədini, eyni zamanda İraqla sərhədi nəzarətə götürüb. İraqla, Suriya sərhəddini Türkiyə nəzarətə götürdüyü üçün terrorçular İrandan Türkiyəyə keçməyə çalışır.Samir Hümbətov bu barədə fikrini belə izah edib: "Məhz buna görə də, Türkiyə İranla sərhəddi bağladı. Təbii ki, qaçaqmalçılığın, narkoticarətin, silah qaçaqmalçılığının qarşısının alınması burada əsas məqsəddir. Türkiyə bunu bildiyim qədər ilə 2018-ci ildən hədəfləyirdi. Amma vəziyyət elə gətirdi ki, bir neçə aydır başlayıblar. Və demək olar ki, xeyli bir ərazi artıq beton sədlərlə bağlanıb. Hesab edirəm ki, bu bir neçə günün işi deyil. Təbii ki, bu gün medianı maraqlandıran məsələ Türkiyənin İranla sərhəddə beton sədd çəkməsinin Azərbaycan İran əlaqələrinə bir təsiri varmı məsələsidirsə, əlbəttə, cavab xeyirdir. Bu başqa məsələdir. Başqadır ona görə ki, Türkiyə bu gün sərhədlərini İranla bağlayıb. Və iqtisadi əlaqələrini Azərbaycana görə dayandırb. Beton sədd xaricdən gələcək qaçqınların qarşısının alınması məqsədilə çəkilib. Əfqanıstandan, Suriyadan, müəyyən qədər Banqladeşdən gələn qaçqınların axının qarşısının alınması məqsədi ilə bu beton sədd çəkilib".
Turqay Musayev
sia.az