PDF Oxu

Siyasət

  • 1 772

YAP Şamaxı rayon təşkilatının nümayəndələri şəhidin il mərasimində iştirak ediblər FOTOLAR

YAP Şamaxı rayon təşkilatının nümayəndələri şəhidin il mərasimində iştirak ediblər FOTOLAR

YAP Şamaxı rayon təşkilatının əməkdaşları İkinci Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış Manafov Zahir Zakir oğlu, Amanaliyev Tərlan Rövşən oğlu və Ələkbərov Natiq Faiq oğlunun şəhid olmasının ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak ediblər. Həmçinin, şəhidin məzarı ziyarət edilərək önünə gül dəstələri qoyulub şəhidin ruhlarına dualar oxunub. Sonra YAP Şamaxı rayon təşkilatının əməkdaşları Nağaraxana kəndində şəhid Leytenant Hüseynov Eldost Asəf oğlu və MAXE Orucov Ceyhun Namaz oğlunun adlarının əbədiləşməsi məqsədilə yeni inşa olunmuş bulağın açılışında iştirak etmişlər.

Tədbirdə YAP Şamaxı rayon təşkilatının sədr əvəzi Bəxtiyar Abbasov ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin, qazilərimizin vətənpərvərlik yolunun təbliğində fəal iştirak edir, şəhidlərin ailələrinə, hərbçilərə diqqət və qayğısını reallaşdırdığı tədbirləri ilə təsdiqləyir.

Rəfiqə

Digər xəbərlər