PDF Oxu

Siyasət

  • 2 203

“İndi tarixi ədalət öz yerini tapdı” - POLITOLOQ ŞƏRH ETDİ

“İndi tarixi ədalət öz yerini tapdı” - POLITOLOQ ŞƏRH ETDİ

“Hadrutun işğaldan azad olunması olduqca vacibdir, Minsk Qrupunun məşhur Madrid prinsipləri kontekstində. Çünki Hadrut birbaşa olaraq keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən ən iri yaşayış məntəqələrindən biridir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.

Politoloq vurğulayıb ki, bu, yol ayrıcıdır, eyni zamanda, cəbhənin yarılması demək idi və bununla da məhz xatırlayırsınızsa, xarici işlər nazirlərinin görüşünün raundunda Moskvada görüşdən öncə bu xəbərin verilməsi məhz danışıqlarda Madrid prinsiplərinin tarixə yollanması prosesinin başlanğıcı idi.

“Cənab Prezident də xüsusi olaraq vurğuladı ki, həm tarixi kontekstdən, həm müasirlik kontekstindən nə Dağlıq Qarabağ Muxtar Vilayəti məntiqi var, həm də hər bir şey, hansıki illərlə yığılıb qalmışdı, sənədlərdə münaqişəyə yanaşmanın konteksti tamamilə dəyişdi. Hadrutda məscidin salınması o deməkdir ki, oraya məhz azərbaycanlılar qayıdacaqdır, azərbaycanlılar orada yaşayacaqdır. İkinci çox vacib olan məqam, hansıki cənab Prezident onu vurğuladı, proses dönməzdir. Yəni, bunun tarixi kökləri də bəllidir və cənab Prezident bunu bildirdi. Hadrutun məhz ermənilər tərəfindən xüsusi olaraq istifadə edilməsi, orada olan ermənilərin qaçqın formasında təqdim olunması ermənilər tərəfindən çox ciddi şəkildə istifadə olunur. Amma biz sosial şəbəkələrdən də görürük ki, Hadrutda olan ermənilərin böyük əksəriyyəti bu qaçqın ermənilər idi. Yəni, onların hamısı danışdıqda deyirlər ki, 25 il, 30 il bundan qabaqdan gəlib yaşayıram orada.

Digər tərəfdən, tarixi aspektdə bəllidir ki, ermənilər haradan orada peyda olublar. Bəllidir ki, Rusiya-İran müharibəsindən sonra onlar orada peyda olublar və yerli əhalini sıxışdırıb çıxararaq, bu torpaqların Rusiya, çar imperiyası tərəfindən onlara bağışlanması ilə orada məskunlaşıblar. İndi tarixi ədalət də öz yerini tapdı. Cənab Prezidentin də hər zaman vurğuladığı iki məqam var, beynəlxalq hüquq və tarixi ədalət Azərbaycanın tərəfindədir”, deyə politoloq Fərhad Məmmədli bildirib.

Digər xəbərlər