“Ümumiyyətlə dövlət başçısı cənab İlham Əliyevin Cəbrayıla səfəri zamanı verdiyi mesajlar birbaşa İrana yönəlmişdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.Onun sözlərinə görə, İran konkret şəkildə Azərbaycana şər və böhtan xarakterli siyasət ortaya qoyur: “Ona görə də cənab Prezident haqlı olaraq Cəbrayılda bir sıra mesajlar verməklə İranı yerində oturtdu. İran tərəfi, ali dini rəhbərləri, generalları, siyasətçiləri Azərbaycanın daxili işlərinə qarışır. Ona görə də, Azərbaycanın keçirdiyi hərbi təlimlər Türkiyə hərbiçiləri ilə birlikdə koordinasiya ilə təşkil olunub. Təbii ki, bu Azərbaycana qarşı hər hansı bir təhdidi neytrallaşdırır. Ona görə də, cənab Prezidentin Cəbrayılda verdiyi mesajlar xüsusi əhəmiyyət daşıyır və birbaşa İran bundan nəticə çıxarmalıdır”.Məhəmməd sözlərinə davam edərək həmçinin qeyd edək ki, İran artıq prosesləri böhran vəziyyətinə gətirib çıxardıb: “Məsələ bundan ibarətdir ki, Azərbaycan və İran münasibətləri artıq geri dönülməz mərhələyə keçib. Azərbaycan ümumiyyətlə qonşuları ilə daima sülh və tərəfdaşlıq, qarşılıqlı etimad mühitində əməkdaşlıq edir. Cənab Prezidentin Cəbrayıl rayonundakı çıxışı regionun sülh və təhlükəsizliyə xidmət edir”.
sia.az