Qusar rayonunun Hiloba kəndində Vətən müharibəsinin şəhidi Həmzəyev Turac Suliddin oğlunun ildönümü mərasimi keçirilib. Anım tədbirinə YAP rayon təşkilatının rəhbərliyi, rayon icra hakimiyyətinin əməkdaşları, şəhid ailəsinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri qatılıblar.
Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, ölkə başçısı Cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Nəzakət ƏLƏDDİNQIZI