Siyasət

  • 1 570

Şəhid Fərhad Babayevin adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq-xatirə kompleksinin açılış mərasimi keçirilib

image

Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaşayış sahəsində Vətən Müharibəsi şəhidi əsgər Babayev Fərhad Məhərrəm oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq-xatirə kompleksinin açılış mərasimi keçirilib.

Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova, Etibar Əliyev, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, qəsəbə sakinləri, mətbuat nümayəndələri və şəhidin doğmaları iştirak etmişlər.
Daha sonra Suraxanı RİH-nin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova, Etibar Əliyev və digər rəsmi şəxslər şəhid Fərhad Babayevin anım mərasimində iştirak edərək ailənin qayğıları ilə maraqlanmışlar. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişdir.
Qeyd edək ki, şəhid əsgər Babayev Fərhad Məhərrəm oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

yap.org.az

Digər xəbərlər