PDF Oxu

Siyasət

  • 2 413

"Prezidentin hər səfəri özlüyündə tarixi əhəmiyyət daşıyır” - ŞƏRH EDİLDİ

"Prezidentin hər səfəri özlüyündə tarixi əhəmiyyət daşıyır” - ŞƏRH EDİLDİ

“Məlum olduğu kimi cənab Prezidentin işğaldan azad olunmuş torpaqlarımıza hər səfəri özlüyündə tarixi bir əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib. Onun sözlərinə görə, bu səfərlərdə cənab Prezidentin dilindən çıxan ifadələr, mesajlar təkcə Azərbaycan auditoriyasina deyil, həmçinin də Cənubi Qafqaz bölgəsinə, ümumilikdə bütün dünyaya istiqamətlənmişdir. Düşünürəm ki, bu açıqlamaların hər birinin arxasında Azərbaycanın qəti mövqeyi, dönməz iradəsi və dəmir yumruğu dayanır. Bu açıqlamaların hər birində bütün dünya bir daha Azərbaycanın gücünü, dönməzliyini, öz yolunda inamla irəlilədiyinin şahidi olur. Bu baxımdan yanaşdıqda cənab Prezidentin Qubadlı səfəri çox böyük əhəmiyyət daşıyır. Bildiyimiz kimi bu günlərdə Qarabağda quruculuq işlərinin, infrastruktur layihələrinin şahidi oluruq. Ümumiyyətlə cənab Prezidentin istər Qurbadlıya, istər Zəngilana, istərsə də işğaldan azad olunmuş digər ərazilərimizə səfərlərinin hər biri Azərbaycan xalqının öz dövləti ilə birlikdə həmrəyliyinin, yenilməzliyinin baris sübutudur".

Arzu Qurbanzadə

Digər xəbərlər