Siyasət

  • 2 222

Azərbaycan hər zaman sülhməramlı niyyətini ortaya qoyur ŞƏRH

image

Paşinyanın isə çıxış yolu - layiq olmadığı oturduğu o kresloya əlvida deyib, gəldiyi yerə – küçəyə getməlidir

Məlum olduğu kimi, 2021-ci il noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Məlumatı Kremlin mətbuat xidməti yayıb. “Rusiya dövlət başçısının təşəbbüsü ilə keçiriləcək danışıqlarda üç ölkə liderinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrasına baxılması, o cümlədən regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımların müəyyənləşdirilməsi planlaşdırılır”,- deyə məlumatda deyilir.Kremlin məlumatında o da qeyd olunub ki, Putinlə Nikol Paşinyan və İlham Əliyev arasında ayrıca danışıqlar da nəzərdə tutulur. Həmçinin, o da vurğulanır ki, 2020-ci il və 11 yanvar 2021-ci il tarixli sazişlərinin icrasına baxılması, o cümlədən regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımların müəyyənləşdirilməsi planlaşdırılır. Ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və inkişafına xüsusi diqqət yetiriləcək.
Siyasi təlxəyin fantaziyası tükənmir....
Təlxək Paşinyan. Prezident İlham Əliyev erməni baş naziri boşuna belə adlandırmadı. Təlxək sözü ona yaraşan ən gözəl ifadədir. İndi sizə Paşinyanın təlxəkliyini sübut edən növbəti faktı göstərəcəyik. Son günlərə qədər dünya liderlərini zəngləri ilə bezdirən Paşinyanın bunun bir nəticə vermədiyini görüb daha bir gülməli addım atıb. O öz tvitlərinə Donald Tramp, Emanuel Makronu işarələyir. Bir siyasətçinin başqa siyasətçiləri tvitinə işarələmək yolu ilə diqqətini cəlb etmək istəməsi isə dünya diplomatiyasında acizlik kimi qəbul edilir.Müharibə başlayan gündən məğlub olduğunu görən Ermənistan baş naziri Nikol Paşinyan dünya liderlərini zəngləri ilə bezdirmişdi. Çünki aciz vəziyyətdə olduğundan onlardan durmadan kömək istəyirdi. Hətta vəziyyət o yerə çatmışdı ki, Paşinyan gündə bir neçə dəfə Rusiyanın prezidenti Vladimr Putinə, Fransanın prezidenti Emanuel Makrona zəng etməli olurdu. Onun bu zəngləri dünya mediasında da geniş işıqlandırılmışdı. Hətta imdad dilədiyi liderlərin onun zənglərini cavabsız qoyması haqda videolar da sosial şəbəkələrdə trendə çevrilmişdi.Dünyanın heç bir ölkəsi, heç bir siyasi xadim bu vəziyyətdə Paşinyana kömək edə bilməzdi. Çünki hər kəs Azərbaycanın öz haqqı olan torpaqlarını geri qaytardığını təsdiqləyir. Elə buna görə də, telefon zəngi ilə perzidentləri bezdirən Paşinyana deyəsən zəng qadağası qoyulub. Acizliyə bax ki, küçədən hakimiyyət kreslosuna gələn erməni baş nazir artıq tvitterə bel bağlayıb. Tvitterdə paylaşım edən paşinyan donald trampı, emanuel makronu da öz postlarında işarələyir. Özü də utanmazcasına. Humanitar atəşkəs rejmini cəmi 4 dəqiqə sonra özü pozan Paşinyan atəşkəsin guya Azərbaycan tərəfindən pozulduğunu yazır və imdad diləyir. O, bu gün paylaşdığı bir posta həm Makronu, həm Trampı, həm də rəsmi Kremlini əlavə edib. Növbəti tvitə isə yalnız Donald Trampı təq edib. Amma nə faydası? Atəşkəs üçün yalvaranın da, atəşkəsi kimin pozduğunun da, mülki əhaliyə silah tuşlayıb uşaq qatili olanın da kimliyini dünya liderləri yaxşı görür və bilir.
Paşinyanın sərsəm, manipulyativ fikirləri haraya qədər
Qeyd edək ki, üçtərəfli görüş noyabrın 9-da keçirilməli idi. Ermənistanın baş naziri Nikol Paşinyan yenə də təlxəkliyi ilə mətbuata verdiyi açıqlamalarında bildirib ki, guya hərbi əsirlərin qaytarılması ilə bağlı qərarın olmaması səbəbindən noyabrın 9-da Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevlə videokonfrans vasitəsilə üçtərəfli görüşdən imtina edib. Yenə də sərsəm, manipulyativ fikirlər, yanlış rəy formalaşdırmaq. Rusiya mənbələri də təsdiq ediblər ki, görüşün baş tutmamasının səbəbkarı məhz Paşinyandır. Diplomatik mənbələr təsdiq edirlər ki, Ermənistan tərəfi tədbirə bir gün qalmış hər hansı səbəb göstərmədən tədbirə qatılmaqdan imtina edib. Rusiya tərəfinin təklifi ilə tərəflər arasında 9 noyabrda görüşün yekun bəyanatı da hazırlanırdı. O, bu addımı ilə Paşinyan hər vəclə xilas üçün etdiyi cəhdlərdir. Bu, nə birinci, nə də sonuncu təlxəkliyidir. Sentyabrın 27-dən onu tez-tez qışqırıb-bağıran, məntiqsiz ittihamlar irəli sürən vəziyyətdə görürük. Gah hansısa “suriyalı yaraqlılardan” danışır, gah “yadplanetlilərin Qarabağ müharibəsində iştirakına” bənzər iddialar səsləndirir, gah Rusiyanı təhdid edir, ardınca Moskvadan kömək istəyir, gah İsraili günahlandırır, sonra da üzr istəyir.Qəribə məntiqdir: işğalçı ölkə cəbhədə məğlub olur, illərdir uydurduqları “güclü ordu” mifi darmadağın edilib, “taktiki geriçəkilmə” dedikləri qaçış getdikcə sürətlənir. Artıq məğlub olduğunu anlayan Nikol erməni ictimaiyyəti qarşısında indidən “sona qədər döyüşdük, amma qarşımızdakı Azərbaycan yox, Türkiyə idi, ona görə məğlub olduq” bəhanəsini hazırlayır.Növbəti yalanları isə, İkincisi: beynəlxalq ictimaiyyətdə Azərbaycan və Türkiyə haqqında mənfi rəy yaratmaq, bölgədə “terrorçuların” olduğunu göstərərək, başqa ölkələrin müdaxiləsinə səbəb yaratmaq kimi fikirlər söyləyir. Ancaq hələ də bu məğlubiyyətdən sonra Paşinyan anlamır və anlamaq istəmir ki, indi orta əsrlər deyil, XXI yüzillikdir və istənilən ölkə hərbi-texniki imkanları çərçivəsində döyüş meydanında nə baş verdiyini asanlıqla müəyyənləşdirə bilər. Əslində, onun bu iddialarına heç bir ciddi reaksiyanın verilməməsinin səbəbi də budur: müraciət etdikləri ölkələr gerçəyin nə olduğunu bilirlər.Ermənistan rəhbərliyinin fantaziyası isə tükənmək bilmir. Paşinyanın uydurduğu növbəti iddiasına diqqət edək: bu gün Vyanada terror aktı baş verdi, erməni baş nazir dərhal bunu Azərbaycana qarşı istifadə etməyə çalışdı. Guya Vyanadakı terrorla Qarabağ müharibəsi arasında nəsə əlaqə var. Yaxud Rossiya-1 kanalına müsahibəsində, Dağıstanda baş vermiş hansısa hadisəni terror adlandırır və Azərbaycanda “suriyalı yaraqlıların” olduğunu iddia edir, bu iki məsələni primitiv məntiqlə bir-birinə bağlayır, bu məntiqini orta statistik jurnalistdən də aşağı səviyyədə sübut etməyə çalışır. Bununla Rusiyaya hansısa “terror təhlükəsi” mesajını vermək istəyir, eyni mesajı İrana da ötürür. Bu azmış kimi, İsraili şeytanla əməkdaşlıqda ittiham edir.Ən gülünc ondadır ki, Paşinyan İsraili terrora dəstəkdə ittiham edir, növbəti cümləsində Bakı və Ankaranın yəhudi dövlətinə qarşı “təhlükəli ittifaqı”ndan danışır. Və hesab edir ki, hakimiyyətə gələndə Koçaryan-Sarkisyan xuntasından bezən erməni xalqını aldatdığı populist vədləri, çıxışları ilə beynəlxalq itimaiyyəti, dünya liderlərini də aldada bilər. Artıq qapısını döydüyü, hər gün uydurmaları ilə bezdirdiyi ölkələr və beynəlxalq ictimaiyyət Paşinyana siyasi təlxək kimi baxır. Çünki dünya da anlayır ki, canlı qüvvəsi, hərbi texnikası, maliyyə imkanları ilə Ermənistandan dəfələrlə güclü olan Azərbaycanın nə başqa ölkənin birbaşa dəstəyinə, nə də hansısa yaraqlılara ehtiyacı yoxdur. Paşinyanın dedikləri də siyasi təlxəyin uydurmaları kimi qəbul olunur.Və hər kəsdə günah axtaran Paşinyan anlamır ki, ən böyük günahkar özü, rəhbərlik etdiyi hakimiyyət və dövlətinin işğalçılıq siyasətidir. O, dəfələrlə Azərbaycanın təkliflərini qulaq ardına vuranda, ölkəmizə qarşı saymazyana münasibət, təhqiramiz davranış sərgiləyəndə, 27 il ərzində danışıqlar prosesində əldə olunmuş müsbət dinamikanın üzərindən xətt çəkəndə bunun hansı acı nəticələrə gətirib çıxaracağını düşünməliydi. Düşünmədi, anlamadı və bunun acı nəticəsini görür. Uydurduğu yalanlar isə onun son çırpınışlarından başqa bir şey deyil. Bu adam artıq nə etdiyinin, hansı istiqamətdə siyasət yürütdüyünün fərqində deyil. Həm müharibəni açıq-açığına uduzur, həm ölkəsində daxili problemlər baş qaldırıb, həm də hər gün yeni absurd açıqlamalar, müsahibələr verərək özünü daha da bitirir. Heç Soros dayısı da Paşinyanın arxasında durmadı. İndi vəziyyət elədir ki, Paşinyan dizlərini yerə qoyub. Gah yalvarır, gah kiməsə zəng edir, gah da ittiham edir. Bu uğursuz məxluq anlamalıdır ki, Qarabağ Azərbaycanındır. Bu torpaqları biz erməni əsarətində qoymayacağıq. Artıq böyük qism ərazilərimiz işğaldan azad olunub. Proses davam edəcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bu sərsəm iddialar isə Paşinyanı uçurumun bir addımlığına gətirib. Bir də siyasətdə təsadüfi adam olmağın, destruktiv siyasət yürütməyin, təlxəkliyin axırı, bax, budur.
RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər