PDF Oxu

Siyasət

  • 4 797

“Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindəndir” AÇIQLAMA

“Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindəndir” AÇIQLAMA

“Azərbaycan Xocalı soyqırımının dünyada tanınması istiqamətində xeyli işlər görüb və bu işlər hələ də davam edir. Lakin nəzərə almaq lazımdır ki, düşmənin tərəfdarları çox olduğuna görə, bu proses istənilən səviyyədə getmir. Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən olsa da, bu soyqırımın tanınmasına dünyada, xüsusən Qərbdə geniş yayılan türk-islam düşmənçiliyi də ciddi maneə törədir”. “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, Xocalı soyqırımını törədən Ermənistana "gözün üstə qaşın var" deməyən Minsk Qrupunun üzvləri ABŞ, Qərb və Rusiya 44 günlük müharibədə Ermənistan ordusunu darmadağın edib, işğal altında olan torpağından çıxaran Azərbaycana qarşı çirkin tələblər irəli sürmələri də, məhz türk-islam düşmənçiliyinə bariz nümunədir: “Minsk Qrupunun üzvü olan məlum dövlətlər faciənin törədilməsindən 30 il keçməsinə baxmayaraq, Xocalı soyqırımını tanımayıblarsa, bunun günahını Azərbaycanda yox, özlərini dünyada "demokratiyanın, haqq-ədalətin carçısı" sayan həmin superdövlətlərin ədalətsizliyindədir. Amma bütün maneələrə rəğmən biz Xocalı soyqırımının dünyada tanınması işindən geri çəkilməməli və bu yol nə qədər çətin olsa da, davam etməliyik. Təəssüflə qeyd edirəm ki, 44 gün müharibədə qalibiyyətlə davam edən Azərbaycan ordusu düşmən üzərində tam qələbə çalmağa yaxın olsa da, Rusiya bütün Qarabağı, o cümlədən Xocalını da azad etməyə imkan vermədi və biz Xocalı soyqırımının 30 illiyini yenə də Bakıda "Ana harayı" abidəsi önündə qeyd etməyə məcburuq”.

Müəllif: Gülyana

Digər xəbərlər