Siyasət

  • 2 549

Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür

image

Bildiyimiz kimi mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə növbəti görüşü keçirilib. Görüşün nəticələri milli maraqlarımızı özündə əks etdirir. Bu görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalayıb.

Azərbaycanın sülhsevər mövqeyi ortadadır, cənab Prezident bunu həmişə bəyan edir. Ermənistan da Azərbaycanla münasibətləri normallaşdırmağda maraqlı olmalıdır və bunun üçün səy göstərməlidir. Onlar anlamalıdırlar ki, nə qədər tez öz çirkin niyyətindən əl çəkib Azərbaycanın təklif etdiyi regional əməkdaşlıqdan faydalansa, bir o qədər tez bir zamanda bu acınacaqlı vəziyyətdən qurtulacaq.
Azərbaycan Qarabağ konfliktini uğurla həll etməklə Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün zəmin yaradıb. Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Bu nüfuzlu təşkilatın region dövlətləri arasında Azərbaycan ilə əlaqələrin möhkəmlənməsinə xüsusi önəm verməsi təsadüfi deyil. Çünki strateji tərəfdaşlığa dair imzalanan sənədlər əsasında müəyyən əhəmiyyət daşıyan layihələrin uğurla reallaşdırılması respublikamızın etibarlı tərəfdaş olduğunu təsdiqləyib. Azərbaycan artıq təkcə regionda deyil, beynəlxalq aləmdə də söz sahibidir. Yeniliklərə atdığı imzalar dövlətimizin bu gün daha inamla irəlilədiyinin göstəricisidir. Artıq müxtəlif dövlətlər, beynəlxalq və regional təşkilatlar heç bir tərəddüd etmədən Azərbaycan ilə əməkdaşlığa can atır.
Tarixi 10 noyabr bəyanatının şərtləri Cənubi Qafqazda yeni inkişaf və quruculuq imkanları yaradıb. Biz işğaldan azad edilmiş torpaqlarda həyatı yenidən, özü də sürət və keyfiyyətlə bərpa etməkdə israrlıyıq. İşğaldan azad edilmiş Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Şuşada və digər ərazilərimizdə infrastruktur yenidən qurulur. Birinci Qarabağ müharibəsi zamanı ölkənin digər bölgələrinə qaçmağa məcbur olmuş 1 milyona yaxın həmvətənimiz bərpa-quruculuq tədbirlərindən sonra daimi yaşamaq üçün öz dədə-baba yurduna qayıtmağa hazırlaşır.
Ötən 19 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Azərbaycanın hərbi-siyasi və diplomatik sahədə uğurları birbaşa İlham Əliyevin fenomenal istedad sahibi olmasının göstəricisidir.

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri

Digər xəbərlər