1993-cü il 24 iyundan 3 oktyabradək Ümummili Lider Heydər Əliyev Ali Sovetə rəhbərlik etməklə bərabər, həmçinin prezident səlahiyyətlərini də icra edirdi. XX əsrin sonlarında müstəqillik əldə edən Azərbaycan siyasi böhran, iqtisadi tənəzzül dövrünü yaşayırdı. Demək olar ki, iqtisadiyyat tamam çökmüşdü. Bütün bunlara baxmayaraq 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndərin təşəbbüsü sayəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. İctimai-siyasi sabitlik təmin edildikdən sonra isə iqtisadi inkişafı təmin etmək məqsədilə sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılmışdır. Böyük qürur hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan Respublikasının yeni iqtisadi sisteminin yaradılması da Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir. “Azərbaycan Respublikasının strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – sözlərini demiş Ulu Öndər 1993-cü ildən başlayaraq bu amallar uğrunda mübariz fəaliyyətini aparmışdır. İqtisadiyyatın, sahibkarlığın inkişafına mane olan əsassız amillərin aradan qaldırılması məqsədilə 17 iyun 1996-cı il tarixində “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” Fərman imzalamışdır. Ümummilli lider tərəfindən sahibkarlığın inkişafına dair 1993-1995 və 1997-2000-ci illəri əhatə edən bir sıra dövlət proqramlarının qəbulu və uğurlu icrası olub. Keçirilən tədbirlər nəticəsində sənayenin tənəzzül sürəti azalmış, inkişaf meyli artıb. 1996-cı il istehsal həcminin aşağı düşməsinin qarşısı alınaraq iqtisadiyyatda müsbət meyillərin daha da möhkəmlənməsi müşahidə olunub. 2001-2003-cü illər ərzində ölkə Dahi liderin xarici və yerli sahibkarla görüşündə, regionlarımıza səfəri zamanı çıxışlarında “Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın təqdimat mərasimindəki nitqində əsas diqqəti regionlarda qeyri-neft sektorunun inkişaf etdirilməsini əsaslandırmışdır. Yeni iş yerləri açılaraq işsizlərin sayı azaldıldı. Əmək haqqları və pensiya qaldırıldı. Sahibkarların fəaliyyəti ilə maraqlanan, onları narahat edən problemlərin aradan qaldırılmasını təmin edən ümummilli lider Heydər Əliyev 2002-ci ildə sahibkarla görüşündə belə deyirdi: “Sahibkarlar təbəqəsi Azərbaycan iqtisadiyyatının aparıcı bir hissəsidir. Özəlləşdirmə prosesi gedir, iqtisadiyyatın çox sahəsi özəlləşdirilibdir. Əldə etdiyimiz nailiyyətlərdə özəlləşdirmənin böyük əhəmiyyəti vardır. İqtisadiyyatın bir çox sahələrindəki nəticələr özəl sektorun hesabına əldə edilibdir. Bir daha deyirəm, özəl sektorun yaradıcıları, özəl sektorun aparıcıları sahibkarlar qrupunu, sahibkarlar təbəqəsini meydana gətirir”. Ulu öndər Heydər Əliyev iş adamları üçün əlverişli mühit təmin etmişdi. Ölkə rəhbərliyi daim sahibkarlara dəstək verərək yardımlarını əsirgəmirdi. Dahi lider elm, təhsil, ekologiya, qlobal struktur, sosial və qlobal problemlərin həllində dövlətin imkanlarından səmərəli şəkildə istifadə etməyi, iqtisadi oqanların məsuliyyətinin artmasını həmişə diqqət mərkəzində saxlayırdı. O, həmişə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa xüsusi diqqət edirdi. Azərbaycanda iqtisadi inkişafı bərpa etmək üçün təkcə neft sahəsi deyil, bir çox sahələrlə yanaşı turizm sahəsini inkişaf etdirmək üçün “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair dövlət Proqramı”nı qəbul etdi. Bununla da xarici turistlərin ölkəyə axını başladı və əvvəlki illərə nisbətən turizm sektoru inkişaf etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycanı çətin dövrdən iqtisadi inkişaf və işıqlı sabaha gətirib çıxarmaq üçün bütün var qüvvəsi ilə çalışdı. O, qurub yaratdığı və memarı olduğu Azərbaycanı ön cərgələrə apardı. Dahi lider Heydər Əliyevin əməlləri və ideyalarının layiqli davamçısı cənab Prezident İlham Əliyevin apardığı həm xarici, həm də daxili siyasətin əsasında ölkə iqtisadiyyatının inkişafı və əhalinin yaxşı yaşaması əsas meyarlardan birinə çevrilmişdir. Xalqımız Dahi lider Heydər Əliyevin gördüyü işləri və ideyalarını daim yaşadacaq və qoruyub saxlayacaqdır.
Nigar İmaməliyeva
YAP Yasamal rayon təşkilatının AMEA Folklor İnstitutu ərazi partiya təşkilatının sədr müavini