Siyasət

  • 3 307

Nəqliyyat-kommunikasiya layihələrində Azərbaycan aparıcı mövqeyə malikdir ŞƏRH

image

Azərbaycanın xarici prioritetləri sırasına region maraqlarının sistemləşdirilməsi və reallaşması istiqamətində görülən vacib işləri mühüm əhəmiyyət kəsb edir. Avrasiya məkanında həyata keçirilən beynəlxalq və regional inteqrasiyada öz layiqli yerini tutmaq, ölkənin milli maraqlarını maksimum qorumaq və təmin etmək vəzifəsi Azərbaycandan xüsusi düşünülmüş və balanslı siyasət tələb edir. Azərbaycanın xarici əlaqələrində balanslı regional siyasət yürütməyi xüsusi bir prioritet kimi irəli çıxarır. Balanslı regional siyasət ölkənin bugünkü təhlükəsizliyi və müstəqil gələcəyi üçün ən mühüm təminat rolunu oynaya biləcək faktordur.Azərbaycan Avrasiyanın giriş qapısı, Şərq-Qərb nəqliyyat-kommunikasiya və enerji dəhlizinin mərkəzi ölkəsidir. Bu mənada Azərbaycan Şərq-Qərb ölkələrinə bağlayıcı (körpü) rolunu icra edir. Xüsusən qədim “İpək yolu” (Çindən Avropaya və bütün dünyaya açılan ən yaxın və əlverişli dəhliz) adlanan TRASEKA nəqliyyat-kommunikasiya layihəsinin hərəkətverici qüvvəsidir. Bundan başqa, Cənubi Asiya, Rusiya, İran və Avropa nəqliyyat-kommunikasiya dəhlizində də iştirak edən Azərbaycan özünün əlverişli coğrafi resurslarına malik olduğunu bir daha təsdiq edir. Hazırda Azərbaycan Avrasiya bölgəsinin əsas tranzit ölkələrindən biri olaraq Şərq-Qərb əmtəə, enerji-yanacaq və başqa əlaqələrinin əsas mərkəzləri sırasında mühüm yer tutur. Bu mövqe getdikcə güclənir və Azərbaycan özünün tranzit imkanlarını daha da genişləndirir. Ən əsası isə dünyanın əsas qloballaşma və regional inteqrasiya mərkəzləri (Avropa İttifaqı, ABŞ, Yaponiya, Çin, Cənub-Şərqi Asiya ölkələri və b.) Azərbaycanın tranzit ölkə mövqelərinin güclənməsində maraqlıdırlar və bu işə ciddi səy qoyurlar.Memarı ulu öndər Heydər Əliyev olan müasir Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsi kimi öz geosiyasi mövqeyindən maksimum yararlanaraq regionlararası nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılmasında fəal iştirak edir. Ölkəmizin zəruri infrastrukturun təşkilində oynadığı mühüm rol digər potensial marşrut dəhlizlərinin də formalaşdırılmasına təkan verir. Asiya və Avropa arasında körpü rolunu oynayan Azərbaycan bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr - “Cənub-Qərb” və “Şimal-Qərb” layihələri üzərində iş aparır. Bununla da Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa dəyərli töhfə verir. Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan dövlətə çevirən İlham Əliyev qlobal layihələri ilə ölkəmizi dünyada cəlbedici investisiya məkanı kimi tanıdıb. Təsadüfi deyil ki, dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən bir çox nəhəng layihə regionun, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirib, bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsinə, nəqliyyat-kommunikasiya, logistika infrastruktrunun inkişafına yüksək töhfə verib. Ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr - “Cənub-Qərb” və “Şimal-Qərb” layihələri üzərində iş aparır. Bununla da Azərbaycan etibarlı tranzit ölkəsi kimi qəbul edilir.Bu istiqamətdə bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq və bu istiqamətdə uğurlu layihələrin həyata keçirilməsi istiqamətində Azərbaycan böyük nəaliyyətlər əldə edir. Belə nüfuzlu beynəlxalq təşkilatlardan olan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə Azərbaycanın əlaqələri bu gün kəmiyyətcə və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Cari ilin sentyabr ayının 15-də Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilmiş növbəti sammitdə təşkilatın dialog üzrə tərəfdaşı kimi Cənab Prezident İlham Əliyevin iştirakı qurumun Azərbaycanla olan əlaqələrində müşahidə olunan müsbət tendensiyanın güclənməsindən xəbər verir. Bundan əlavə bu gün ŞƏT-lə Azərbaycan əlaqələrinin inkişafı Cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasət strategiyasına əsaslanır.Ümumiyyətlə, ŞƏT dünya iqtisadiyyatında getdikcə daha böyük rol oynayır və yeni çoxqütblü dünyanın mərkəzlərindən birinə çevrilir. Mümkün qlobal iqtisadi tənəzzül böyük oyunçuları təkcə regiondakı “köhnə” tərəfdaşlarla ticarət əlaqələri qurmağa deyil, həm də ondan kənarda yeni bazarlar tapmağa məcbur edir. Bu mənada, məhz ŞƏT kimi böyük təşkilatlar iqtisadi əməkdaşlığı inkişaf etdirmək istəyənlər arasında ticarət körpüləri yaratmağa imkan verir. Üstəlik, təşkilatın üzvlərindən biri olan Çin qədim ticarət yolları boyunca Asiyanı Avropa və Afrika ilə birləşdirəcək ticarət və infrastruktur şəbəkəsinin yaradılması məqsədilə “Bir kəmər, bir yol” layihəsini fəal şəkildə təbliğ edir. Avrasiya materikinə bir çox sahələrdə olduğu kimi nəqliyyat-kommunikasiya və logistika sahəsində də lider ölkələr sırasında olan Azərbaycan da bu layihənin həyata keçirilməsində maraqlıdır. Göründüyü kimi, Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Buna görə də ölkəmiz hazırda regional güc mərkəzi kimi sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli və etibarlı tərəfdaş hesab edilir. Azərbaycan konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Məhz bu səbəbdən də dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Bunu da şərtləndirən ən vacib faktor Azərbaycan Respubliaksının 44 günlük Vətən müharibəsində Şanlı Zəfəri və regionda yaranan reallıqlardır.

Ülviyyə Əliyeva
YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər