PDF Oxu

Siyasət

  • 1 718

Ümummilli Lider Azərbaycan siyasətinin qurucusudur

Ümummilli Lider Azərbaycan siyasətinin qurucusudur

Yenicə müstəqillik əldə etmiş Azərbaycan hələ çox zəif idi. Qisa zaman ərzində ölkənin siyasi rəhbərliyinin tez-tez dəyişməsi, dövlətdə olan xaos, anarxiya və hərc-mərcliyin olması, sonda torpaqlarımızı işğal altına salmaqla nəticələndi. Azərbaycan artıq parçalanırdı! Bu zaman ölkənin layiqli siyasi rəhbərə ehtiyacı duyurdu. Xalqımız öz gələcək taleyini və müqəddəratını həll edə bilən şəxsi hakimiyyətə təkidlə gətirdi. Bu şəxs Ulu Öndər Heydər Əliyev idi.

Hakimiyyətə gələr-gəlməz Ümummilli Lider Heydər Əliyev ilk öncə atəşkəs imzalayaraq öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəldi.

Bundan sonra, artıq Azərbaycan siyasətində yeni irs yaranmağa başladı, bu Heydər Əliyevin siyasi irsi idi ki, tam şəkildə milli maraqlar əsasında qurulmuşdur və xalqın iradəsini əks etdirirdi. Növbəti mərhələlərdə Ulu Öndərin əsas prinsipi dövlət büdcəsində vəsaitin artırılması dururdu. Yuxarıda qeyd edildiyi kimi, o vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi, və qisa zaman ərzində büdcə artırılmalı idi ki Ulu Öndər Heydər Əliyev vahid komandanlığa tabe olan nizami ordu yaratsın, ordumuz müasir silah və sursatla təmin olunsun. Bu zaman Ulu Öndər Heydər Əliyevin qlobal düşüncəli və geniş dünyagörüşlü siyasəti bir daha Azərbaycanı xilas etdi.

Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyi möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.

Artıq müəyyən bir dövr ərzindən sonra, ölkənin inkişaf tarixində yeni bir səhifə açıldı. Andına və xalqına sadiq qalmış Ulu Öndər Azərbaycanı qısa zaman ərzində inkişaf etdirərək məhv olma təhlükəsindən qurtardı. Bu gün isə, Azərbaycan Ulu Öndərin siyasi varisi Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasəti nəticəsində Cənubi Qafqazda qalib ölkə kimi və həmçinin regionun lideri sayılmaqdadır. Yaşasın Azərbaycan Respublikası!

Behbud Quluzadə

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər