Siyasət

  • 2 080

Neftçalada növbəti ideoloji maarifləndirmə tədbiri keçirilib

image

Neftçala rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının birgə təşkilatçılığı ilə növbəti ideoloji maarifləndirmə görüşü keçirilib.Bu dəfəki görüş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin tabeliyində fəaliyyət göstərən “Xıllı Balıq” MMC-nin kollektivi ilə keçirilib. Görüş zamanı iki mövzu – Ölkə Başçısı cənab İlham Əliyevin Bolqarıstana səfəri zamanı söylədiyi nitqindən irəli gələn “Yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyinin təmin olunması” və “Ekoturizm üçün Azərbaycan dünyanın nadir məkanlarından biridir” mövzusunda “Xıllı Balıq” MMC-nin bir qrup kollektivi arasında maarifləndirici söhbətlər aparılmışdır.Tədbir Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş Şəhidlərimizin əziz ruhunu bir dəqiqəlik sükutla anıldıqdan sonra açıq elan edilib.Görüşü giriş sözü ilə açan Neftçala Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev çıxış edərək turizmin hazırda aktual olan növlərindən olan ekoturizm barəsində görüş iştirakçılarına məlumat verdi. Çıxışı zamanı Vasif Əliyev ekoturizmin ətraf mühitə zərər verməyən, təbii sərvətlərin qorunmasını təmin edən və onlardan pərakəndə istifadəni məhdudlaşdıran bir turizm növü olduğunu vurğuladı və ölkəmizin bu turizm növü üzrə mövcud potensialı barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev Prezident İlham Əliyevin Bolqarıstan Respublikasına səfəri çərçivəsində Prezident Rumen Radev ilə birgə mətbuata bəyanatlarla çıxışında qeyd etdiyi vacib maqəmları görüş iştirakçılarının nəzərinə çatdırmışdır. Prezident İlham Əliyevin yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyi barəsində səsləndirdiyi fikirlər xüsusi vurğulamışdır. Azərbaycan ərazisində çox müasir nəqliyyat strukturunun yaradılmasının Azərbaycan üzərindən tranzit yüklərin həcminin artırılması məqsədilə həyata keçirildiyi qeyd olunmuşdur.Sonra “Xıllı Balıq” MMC-nin direktoru Elşad Əhmədov və Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədr müavini Vüqar Dadaşov çıxış edərək Azərbaycanın Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirməsi, o cümlədən Azərbaycanın ölkə başçısı cənab İlham Əliyevin siyasi iradəsi sayəsində regionda sülhyaratma proseslərində fəal iştirakından, səmərəli təklif və təşəbbüslərlə çıxış edərək sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verməsindən söz açmışdılar.Görüş sonda mövzular ətrafında iştirakçıları maraqlandıran sualların cavablandırılması və müzakirələr aparılması ilə davam edib.

Rəfiqə

Digər xəbərlər