Cəmiyyət

  • 3 232

Alban kilsələrinin və mədəniyyətinin gənclərə aşılanması layihəsi həyata keçirilib - FOTOLAR

image

10-14 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yarıdmı, “Milli Düşüncə Milli-Mənəvi Dəyərlərin Təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanın milli-mənəvi irsi olan Alban kilsələrinin və mədəniyyətinin gənclərə aşılanması” adlı layihə həyata keçirilib. SİA xəbər verir ki, layihə iki mərhələdən ibarətdir. Birinci mərhələdə layihənin məqsədi və görüləcək işlər barədə bəhs olundu. Ekspert tərəfindən layihə iştirakçılarına Alban tarixi, onun mədəni irsi, dini inancları, abidələri, Çar Rusiyası dövründə ermənilər tərəfindən saxtalaşdırılması və bugünki əhəmiyyəti haqqında ətraflı məlumatlar verildi.

Qeyd olundu ki, əfsuslar olsun regiona süni yolla köçürülən erməni tayfaları islamdan sonra xristianlığa aid olan mədəniyyət abidlərinə sahib çıxmağa, saxtalaşdırmağa başlamışdılar.

Layihənin ikinci mərhələsi isə qeyd edilən abidələrə ekskursiyanın təşkil edilməsi oldu. Dörd günlük seminardan sonra layihə iştirakçılarını Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana kilsəsinə, Corati kilsəsinə, Udin ocağına və Azərbaycan xalqının mültikultural dəyərlərə sahib olduğunun nümunəsi kimi Oğuz rayonunda yerləşən qədim yəhudi sinaqoquna səfər təşkil edildi. Qeyd edək ki, Müqəddəs Məryəm Ana Alban kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunub və 2020-ci ildə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə yenidən istifadəyə verilmişdi.

Tədbir iştirakçıları həm nəzəri, həm də praktiki olaraq Alban tarixi və onunu mədəni irsi barədə məlumatlandırıldılar.

Digər xəbərlər