Sosial

  • 7 419

QHT Türkiyədə “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirdi

image

"Sosial-İqtisadi və Ekoloji İnkişaf “ İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qarabağ Azərbaycandır!” adlı layihəsini həyata keçirib. Layihə çərçivəsində 20 dəqiqəlik film-videoçarx hazıırlanıb.Layihənin məqsədi Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində, torpaqlarımızın 20%-ni işğal etməsi, Azərbaycan dövlətinə və mülki şəxslərinə qarşı törədilmiş bütün cinayətləri, Qarabağımızın tarixi mədəniyyət abidələrinin, ekologiyasının məhv edilməsi və 30 ildən sonra torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı məlumatları dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir.İB-in sədri Rahilə Mehdiyeva bildirdi ki, layihə çərçivəsində “Qarabağ Azərbaycandır!” adlı film qardaş Türkiyədə Respublikasında nümayiş olunub.

sia.az

Digər xəbərlər