Sosial

  • 4 627

Həcc ziyarətində bu qadağalar ləğv edildi

image

Səudiyyə Ərəbistanı Covid-19 pandemiyası zamanı zəvvarlara tətbiq edilən bəzi qadağalaq aradan qaldırılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının Həcc və Ümrə başqanı Tevfik er-Rabia Ciddədə keçirilən “Expo Hajj 2023” sərgisinin açılışında “Rəhmanın qonaqlarına xidmətdə keyfiyyət və rəqabət qabiliyyəti: gələcəyə baxış” başlığı ilə çıxışı zamanı danışıb.O, bu il zəvvarlara yaş məhdudiyyəti qoyulmayacağını və sayının epidemiyadan əvvəlki kimi olacağını qeyd edib.Qeyd edək ki, Səudiyyə Ərəbistanı yeni növ koronavirusun (Covid-19) yayıldığı 2020-ci ildən sonra zəvvarlara yaş və say məhdudiyyəti qoyub.Bu səbəbdən 2019-cu ildə 2,5 milyona çatan zəvvarların sayı 2020-ci ildə 10 min, 2021-ci ildə 60 min, 2022-ci ildə isə 779 min 919-u Səudiyyə Ərəbistanından kənarda olmaqla 899 min 353 ilə məhdudlaşıb.

sia.az

Digər xəbərlər