Sosial

  • 7 635

Bakı metrosu dekabrda 21 milyon sərnişin daşıyıb

image

2022-ci ilin dekabr ayında "Bakı Metropoliteni" QSC 21 milyon 293 min 624 sərnişin daşıyıb.Bu barədə SİA-ya qurumun mətbuat xidmətindən məlumat verilib.Məlumata görə, ötən ay orta hesabla hər gün metronun xidmətindən 686 min 891 nəfər istifadə edib. Bu, pandemiya dövründə ən yüksək aylıq göstərici hesab olunur. İlin sonuncu ayının yalnız iş günləri nəzərə alınarsa, metropoliten 22 gün ərzində orta hesabla 760 min 185 nəfər sərnişin daşıyıb.

sia.az

Digər xəbərlər