Sosial

  • 4 825

"Bütün proseslər qar əriyənə qədər davam etdiriləcək" - QURUMDAN AÇIQLAMA

image

"Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturkarı və aiddiyyəti qurumları xüsusi gücləndirilmiş iş rejimində yağan qarın qarın şəhərin küçə və prospektlərində, avtobus dayanacaqlarında, metro stansiyalarının qarşısında təmizləmə işləri həyata keçirdirlər". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq kommunal xidmətlərin mətbuatla əlaqələr şöbəsi cavab verib.Qurumdan verilən açıqlamaya görə, şaxtalı hava şəraitində qarın təmizlənməsi üçün yollara duz və kimyəvi maddələr tökülür. Bütün bu proseslər davamlı olaraq gün ərzində intensiv şəkildə həyata keçirilir. Həmçinin yollarda səkilərin qırağına konteynerlərdə duzlar qoyublar. Bu duzlardanda səkilərin təmiz qalması üçün istifadə olunur. Bu işlərin hər biri qar tam əriyənə qədər davam etdiriləcək.

sia.az

Digər xəbərlər