PDF Oxu

Sosial

  • 3 424

Bələdiyyə bağçalarının açılması təklif edilir

Bələdiyyə bağçalarının açılması təklif edilir

Azərbaycanda bələdiyyələrin uşaq bağçaları açması təklif edilir.SİA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Rzayev çıxış edib.O qeyd edib ki, qanunvericilik bələdiyyələrə belə bir imkan yaradır.“Elə şəhər bələdiyyələri var ki, onun büdcəsi artıq 1 milyona çatıb. Bu çox yaxşı rəqəmdir. İki-üç bələdiyyə yığışıb ərazisində bir uşaq bağçası tikə bilər. Bu gün uşaq bağçalarına böyük ehtiyac var. Ona görə də bələdiyyələr özəl bağça yarada bilərlər. 1600-dən çox bələdiyyədən heç birinin hələ də uşaq bağçası yoxdur ", - deyə T.Rzayev əlavə edib.

Digər xəbərlər