PDF Oxu

Sosial

  • 3 351

“Qadın dini ayinlərinin icraçısı din xadimi hesab edilmir“ - SƏDR MÜAVİNİ AÇIQLADI

“Qadın dini ayinlərinin icraçısı din xadimi hesab edilmir“ - SƏDR MÜAVİNİ AÇIQLADI

“Məscid və ziyarətgahlarda din xadimlərinin təyinatı ilə bağlı müsahibələr keçirilir. Bu bizim sayca ikinci müsahibəmizdir. Bu il 44 vakansiya elan olunub. Onlardan 7-i xanımlar üçün nəzərdə tutulub. Xanımlar üçün vəzifənin adı dini ayinlərin icraçısıdır”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.Onun sözlərinə görə, qadın dini ayinlərinin icraçısı din xadimi hesab edilmir: "Nəzərdə tutulmuş vakant yerlər Bakı, Sumqayıt, Lənkəran, Şəki, Zaqatala, Quba və Gəncədədir. Prosesin ümumilikdə fevralın 24-də bitməsi nəzərdə tutulub. Müsahibə komissiyasının üzvləri isə məhz ilahiyyatçılardan təşkil olunub.

Digər xəbərlər