PDF Oxu

Sosial

  • 4 930

Uşaqlara təbii fəlakət haqqında necə danışaq? - PSİXOLOQ İZAH ETDİ

Uşaqlara təbii fəlakət haqqında necə danışaq? - PSİXOLOQ İZAH ETDİ

"İstənilən mövzu ilə əlaqədar uşaqlar sual verdikdə iki məqama diqqət etməliyik. Birincisi uşağın yaşı, ikincisi isə uşağın bu mövzu haqqında nə bilməsi xüsusilə vacibdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Günel Talehqızı deyib.Onun sözlərinə görə, elə mövzular olur ki, valideyn bunu uşaqla danışmaqdan çəkinir: "Bu da xüsusilə ölüm və təbii fəlakət mövzusudur. Çünki bunlar uşağın kifayət qədər qorxu-həyəcan yaşadığı bir mövzulardır. Biz də əgər düzgün olmayan informasiyaları onlara verərsək, bu həmin qorxu və həyəcanı daha da artırır, yaxud uşaqda valideynə qarşı inamsızlıq yaranır. Məsələn, zəlzələni uşaq təbii şəkildə də yaşaya bilər. Yaxud da son günlər yaşanan hadisələri nəzərə alsaq, uşaq bunları televiziyada izləyir. Bizim bunu reaksiyasız qoymağımız, yaxud "Qorxma, narahat olma. Bizdə belə bir hadisə olmayacaq" kimi cavablandırmağımız düzgün deyil".Psixoloq sözlərinə belə davam edib: "Biz ümumiyyətlə uşağın yaşını və onun bununla bağlı nə bildiyini nəzərə almalıyıq. Uşaqdan soruşuruq ki, "Sən bu haqda nələr bilirsən?", "Nə hiss edirsən?", "Bu haqda nə düşünürsən?". Öncə onun hiss və düşüncələrini öyrənməli, daha sonra özümüz sakit bir şəkildə cavablandırmalıyıq. Cavablandırmağımız mütləqdir.Öncə uşağa rahat bir atmosfer yaratmalıyıq ki, uşaq da rahat olsun. Biz ona çox da coğrafi detallara girmədən təbii fəlakət haqqında məlumat verməliyik. Məsələn, "Bu təbiətin təbii hadisələrindən biridir", "Yer çox silkələnir", "Binalar tərpənir" və s.Uşağın diqqətinə çatdırmalıyıq ki, "Ana-ata həmişə səninlə olur və səni necə qoruyacağını bilir. Biz buna hazırıq" və s. Yəni, uşağın əsas suallarına cavabımız onun güvəndə olması ilə bağlı olmalıdır. Əgər qorxusu və həyəcanı varsa, bununla bağlı valideyn bir qədər işləyə bilər. Əgər bu qorxu və həyəcan onun yuxularına, sosial həyatına təsir edibsə, o zaman psixoloqa müraciət etsinlər".

Ayşən Vəli

Digər xəbərlər