PDF Oxu

Sosial

  • 2 921

Belçikada Xurşidbanu Natəvanın abidəsi ziyarət edilib

Belçikada Xurşidbanu Natəvanın abidəsi ziyarət edilib

“Xəzər-Avropa İnteqrasiya və Əməkdaşlıq Təşəbbüsü” (Caspian Initiative for European Integration and Partnership - CIEIP) təşkilatının nümayəndələri Azərbaycan xalqının görkəmli ictimai xadimi, şairə Xurşidbanu Natəvanın Belçikanın Vaterloo şəhərindəki abidəsini ziyarət ediblər.SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tələbələr, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Onlar çıxışlarında bu hadisəyə diqqətin cəlb edilməsinin vacibliyini vurğulayıblar. Çıxışlarda bu kimi soyqırımların beynəlxalq arenada pisləndiyi və azərbaycanlıların öz fikirlərini səsləndirməsinin vacib olduğu qeyd edilib.

Digər xəbərlər