Sosial

  • 3 707

Kənddəki gənclər niyə şəhərli olmaq arzusundadır? - TƏHSİL EKSPERTİ TƏNQİD ETDİ

image

“Hal-hazırda ölkənin 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır və bir qəbul ilində məsələn, 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavr pilləsinə 48 minə yaxın tələbə qəbul edilmişdir. 2023-cü ildə bu il nəzərdə tutulur ki, 60 min gəncin ali təhsil müəssisələrinin təkcə bakalavr pilləsinə qəbul olsun. Təbii ki, 2010-cu illə müqayisə edəndə görürük ki, 2010-cu ildə ali təhsil müəssisələrinin bakalavr pilləsinə cəmi 29 min adam qəbul olmuşdusa, 2023-cü ildə bu rəqəmin 60 min olması proqnozlaşdırılır. Baxırıq ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlər heç də hədəfi ali təhsil almaq və əmək bazarında ixtisaslı mütəxəssis olmaq deyil. Onlar yaşayış yerlərini tərk etmək, gələcək iş karyeralarını kənddən, qəsəbədən, rayondan kənarda qurmağı planlayanlardılar, Hətta biz məzunların əmək bazarında işlə təminatına baxanda da bu rəqəmləri görə bilirik ki. məsələn ali təhsil müəssisələrinin məzunları yalnız 42 faiz ixtisas üzrə işləyə bilib”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.Onun sözlərinə görə, bu o deməkdir ki, onların böyük əksəriyyəti həmin ixtisasın arxasınca yox, məhz yaşayış yerlərini tərk etmək məqsədilə bu missiyanı öz üzərlərinə götürüblər: “Digər tərəfdən burada bir məqam xüsusilə qeyd edilməlidir ki, ali təhsil müəssisələri əmək bazarı tərəfindən və müasir standartlara cavab verən kadr hazırlamır. Biz baxırıq ki, hətta ali təhsil müəssisələrinin özləri də maraqlıdılar ki, plan yerləri dolsun. Misal üçün 1 və 4-cü qrupda hətta ən aşağı ballarla, 190 balla ali təhsil müəssisəsinə qəbul olmaq mümkündür. 3-cü ixtisas qrupunda Regionşünaslıq ixtisasına hətta dövlət universitetlərinə 157 balla qəbul olmaq mümkün olub.Bu rəqəmlər onu deyir ki, yəni həmin şəxslər ali təhsil almaq yox, konkret olaraq hərbi xidmətdən 4 il möhlət almaq, və yaxud da yaşayış yerini tərk etmək məqsədilə ali təhsil müəssisələrinə giriblər. Bu yaxşı hal deyil. Çünki sonradan əmək bazarında ali təhsilli amma mütəxəssis olmayan şəxslərin sayı çoxalır”.Kamran Əsədov sözlərinə belə davam edib: “Ümumilikdə, Azərbaycanda ali təhsilli vətəndaşların sayı çox deyil. Ümumi ölkə vətəndaşlarının cəmi 17 faizi ali təhsillidir. Bəli, biz dayanıqlı iqtisadiyyatı formalaşdırmaq istəyiriksə, ali təhsilli insanların sayını çoxaltmalıyıq. Amma bu kəmiyyət artımı keyfiyyətin aşağı düşməsi hesabına olmamalıdır. Bu ciddi bir məsələdir və mən hesab edirəm ki, birmənalı şəkildə biz ali təhsilin keyfiyyətini artırmalıyıq ki, həmin məzunlar sonradan əmək bazarında işləyə bilsinlər”.

Ayşən Vəli

Digər xəbərlər