Sosial

  • 3 684

Hava dəyişkənliyi kənd təsərrüfatına necə təsir göstərir? - AYDINLIQ GƏTİRİLDİ

image

"Havanın tez-tez dəyişməsi xeyirli əlamət sayılmır. Bu dəyişiklik kənd təsərrüfatında da müəyyən problemlər yaradacaq. Kənd təsərrüfatı riskli bir sahədir. Yəni hava, iqlim şəraitindən sığortalanmayıb". Bu sözləri SİA-ya açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov deyib.Onun sözlərinə görə, son dövrlər havanın dəyişkənliyi kənd təsərrüfatına ham mənfi, həm də müsbət təsir edir: "Bu hal bitkilərin fizioloji durumuna təsirsiz ötüşməyəcək. Bu, kənd təsərrüfatının bir çox sahələrinə aid edilə bilər. Nəzərə almaq lazımdır ki, bəzi bitkilərin çiçəklənmə dövrü başlayıb. Bəzilərində bu yekunlaşmaq üzrə idi, digərlərində isə çiçəklənmə başlayırdı. Əgər bundan sonra da havanın tempraturu aşağı dərəcədə davam edərsə daha da ciddi fəsadlar yaranacaq. Lakin bu hal taxılçılığa müsbət təsir göstərə bilər. Çünki qarın yağması torpaqda münbitliyi, nəmi artırır. Bu da taxıl bitkilərinin inkişafına müsbət təsir edir. Havanın temperaturunun aşağı düşməsinin meyvə istehsalına necə təsir etdiyini isə bundan sonra aparılacaq müşahidələrdən sonra biləcəyik".

Müəllif: Ləman Əlizadə

Digər xəbərlər