Yaz fəslinə keçidlə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilən tapşırığa əsasən iki dəfə şəhər miqyaslı iməclik keçirilib. İməclik zamanı ağaclara qulluq göstərilib, təmizlik işləri aparılıb. Yaz fəsli torpağın oyanışını özündə xarakterizə etdiyi üçün parklar, istirahət mərkəzləri və yol kənarında ağacların qurumuş budaqları budanır, dibləri bellənir, mineral gübrələr verilir. Eyni zamanda parklarda və digər ərazilərdə olan qazon örtüyü yenilənir". Yaşıllaşma Təsərrüfatı Birliyindən SİA-ya verilən məlumata görə, şəhəri daha da gözəlləşdirmək üçün kol və güllər əkilir. Xüsusilə də güllərin rəngarəng olmasına diqqət göstərilir. Yay fəsli yaxınlaşdıqca yaşıllaşdırma işləri daha da gücləndirilir.Bakı şəhəri mürəkkəb iqlim və landşafta məxsus bir şəhərdir. Buna görə də ağaclara, ümumilikdə bütün yaşıllıq ərazilərə daim diqqət göstərmək lazımdır. Eyni zamanda mövsümlə əlaqədar hər həftə yeni ağacların əkilməsi və iməcliklərin keçirilməsi prosesi də davam etdirilir.
Müəllif: Səbinə Hüseynli